AccessBank 1 milyard ABŞ dollarından artıq kredit verib
AccessBank 7 illik fəaliyyəti ərzində 1 milyard ABŞ dollarından artıq məbləğdə 300 000 kredit verib.
Bu gün AccessBank kreditlər üzrə 1 milyard dollar həddini keçdiyini elan etdi. 2002-ci ildə fəaliyyətə başladığı gündən bank 175 000-dən artıq müştəriyə 300 000 kredit verib. Bu məbləğin 90%-dən artıq hissəsi biznesin genişləndirilməsi məqsədi ilə verilib, bununla da AccessBank Azərbaycan iqtisadiyyatının inkişafına və yeni iş yerlərinin açılmasına əhəmiyyətli yardım göstərir. AccessBank regionlarda kənd təsərrüfatının inkişafına xüsusi diqqət ayırır – AccessBank-da hal-hazırda verilən biznes kreditlərin 1/3 hissəsi aqrokreditlərin payına düşür.
AccessBank İdarə Heyətinin Sədri Andrü Pospilovski bu nəticəni şərh edərək bildirdi: “Biz davamlı olaraq Azərbaycanda, xüsusilə də ölkənin bölgələrində biznesin inkişafına dəstək göstəririk. AccessBank-dan alınmış kreditlər sayəsində on minlərlə yerli biznes inkişaf edir, yeni iş yerləri açılır və əhalinin ümumi gəliri artır”. |