▪ BANK HAQQINDA
▪ Tariximiz və missiyamız
▪ Idarə heyəti
▪ Təsisçilər
▪ İllik hesabatlar
▪ Maliyyə göstəriciləri
▪ Filiallar şəbəkəsi
▪ Müxbir banklar
▪ Korporativ-sosial   öhdəliklər
▪ Vakansiyalar
▪ Əlaqə
▪ Xəbərlər arxivi

▪ FİZİKİ ŞƏXSLƏR
▪ HÜQUQİ ŞƏXSLƏR
XƏBƏRLƏR
 

AccessBank-ın depozit portfeli 100 milyon ABŞ dollarını ötüb

AccessBank-dakı əmanətlərin ümumi məbləği 100 milyon ABŞ dollarından artıqdır.

Bu gün AccessBank, Bankın depozit portfelinin 100 milyon ABŞ dolları həddini ötdüyünü elan etdi. Dünya maliyyə sektorundakı mürəkkəb iqtisadi vəziyyətə baxmayaraq, bütünlüklə 2009-cu il ərzində AccessBank fəal surətdə inkişaf edərək bütün istiqamətlərdə artım nümayiş etdirməkdə davam edirdi. Belə ki, 2009-cu il ərzində depozit portfeli 210% artaraq 82 milyon ABŞ dollarından çox olub. 2010-cu ilin əvvəlindən başlayaraq, depozit portfeli daha 25%, yəni 22 milyon ABŞ dolları artaraq 104 milyon ABŞ dollarını ötüb.  

AccessBank Baş Meneceri Andryu Pospilovski deyib: «AccessBank-da depozitlərin sürətlə artması bankımıza olan inamın yüksəldiyini sübut edir. Bu inam AccessBank-ın uzun illər ərzində Azərbaycanda sabit və etibarlı şəkildə fəaliyyət göstərməsi sayəsində əldə olunub». 

AccessBank-ın depozit əmanətləri ilə əlaqədar təklif etdiyi şərtlər respublikanın bank sektorunda mövcud olan ən mükəmməl şərtlərdən biridir. AccessBank əhalinin bütün təbəqələri üçün əlverişli bank olmağa çalışır və kiçik depozitlər üçün böyük məbləğlərdən daha yüksək faiz dərəcələri təklif edir. Müddətli depozit üçün minimal məbləğ cəmi 50 manat, toplama depozitləri üçün isə cəmi 5 manatdır.