AccessBank Gəncə şəhərində ikinci filialını açdı
AccessBank Gəncə şəhərində sayca ikinci filialını açdı
AccessBank Gəncə şəhərində sayca ikinci filialını açdı. Yeni «Nizami» filialının açılışı ilə AccessBank filiallarının sayı 24-ə çatdı. Gəncədə ikinci filialın açılışı bilavasitə birincinin uğurlu fəaliyyəti ilə əlaqədardır. Belə ki, beş ildən az bir müddətdə «Gəncə» filialı artıq bir filialda xidmət olunması imkansız olan müştəri bazası toplaya bildi. Hazırda, AccessBank-ın Gəncə şəhərindəki filiallarında 11 000 nəfərdən çox müştəriyə xidmət göstərilir. «Nizami» filialının rəhbəri bank sahəsində işgüzar fəaliyyətini AccessBank «Gəncə» filialında başlayan Oksana Əliyeva təyin olunub.
«Nizami» filialının müdiri, Oksana Əliyeva yeni filialın açılışını şərh edərək söylədi: «Yeni filialın şəhərin mərkəzində yerləşməsi bizə yerli əhalinin əməliyyat məhsullarına olan tələbatını tam ödəməyə, müştərilərə fərdi yanaşma təmin etməyə və keyfiyyətli xidmət göstərməyə imkan verəcək».
AccessBank-ın Baş Meneceri Endryu Pospilovski yeni filialın açılışını şərh edərək bildirib: «Gəncədə ikinci filial açmaqla bu şəhərdəki müştərilərimizə daha yaxşı xidmət göstərməyə nail olmağımızdan məmnunuq».
«Nizami» filialında, həm fiziki, həm də hüquqi şəxslər üçün qeyri kredit bank xidmətləri təklif olunur – buraya hesabların və depozitlərin açılması, VISA plastik kartları, eləcə də istehlak kreditlərinin verilməsi, çoxsaylı pulköçürmə sistemləri və kassa ilə bağlı əməliyyatlar daxildir. |