▪ BANK HAQQINDA
▪ Tariximiz və missiyamız
▪ Idarə heyəti
▪ Təsisçilər
▪ İllik hesabatlar
▪ Maliyyə göstəriciləri
▪ Filiallar şəbəkəsi
▪ Müxbir banklar
▪ Korporativ-sosial   öhdəliklər
▪ Vakansiyalar
▪ Əlaqə
▪ Xəbərlər arxivi

▪ FİZİKİ ŞƏXSLƏR
▪ HÜQUQİ ŞƏXSLƏR
XƏBƏRLƏR
 

AccessBank Asiya İnkişaf Bankı ilə ticarət əlaqələrini davam etdirir

AccessBank Ticari Maliyyələşdirməyə Yardım Proqramında iştirakla əlaqədar Asiya İnkişaf Bankı ilə müqavilə imzalayıb.

АссessBank Ticari Maliyyələşdirməyə Yardım Proqramında iştirak müddətinin uzadılması ilə əlaqədar Asiya İnkişaf Bankı (AİB) ilə müqavilə imzalayıb.  Bu proqram çərçivəsində AccessBank öz müştərilərinə ticari maliyyələşdirmə ilə əlaqədar beynəlxalq zəmanətlərin verilməsi üçün Asiya Bankının zəmanətlərindən istifadə edə bilər. Beləliklə, bu, bankın müştərilərinə, ilkin ödəniş həyata keçirmədən beynəlxalq təchizatçılardan avadanığın və zəruri malların alınmasına imkan verir. AccessBank artıq bu sahədə fəal şəkildə çalışır və öz müştərilərinə həm AİB, həm də başqa beynəlxalq maliyyə institutlarının zəmanətlərini təklif edir.

AccessBank Baş Meneceri Endryu Pospilovski həmin müqavilənin bağlanmasını şərh edərək deyib: “Biz beynəlxalq ticarətin inkişafının maliyyələşdirilməsi sahəsində əməkdaşlıq müddətinin uzadılmasına görə Asiya Bankına təşəkkür edirik. Bu beynəlxalq zəmanət aləti Azərbaycan sahibkarları üçün hələlik kifayət qədər yeni olsa da, biz bu alətin geniş potensialını və müştərilərimizin ona tələbatının böyük olduğunu görürük”.  

Asiya İnkişaf Bankı beynəlxalq inkişaf üzrə maliyyə institutudur. AİB-in missiyası üzv-ölkələrin inkişafı, yoxsulluğun azaldılması və həyat səviyyəsinin yüksəldilməsidir. AİB 1966-cı ildə təsis olunub və bankın maliyyə mənbəyi qismində çıxış edən 67 üzv dövlətə məxsusdur.