▪ BANK HAQQINDA
▪ Tariximiz və missiyamız
▪ Idarə heyəti
▪ Təsisçilər
▪ İllik hesabatlar
▪ Maliyyə göstəriciləri
▪ Filiallar şəbəkəsi
▪ Müxbir banklar
▪ Korporativ-sosial   öhdəliklər
▪ Vakansiyalar
▪ Əlaqə
▪ Xəbərlər arxivi

▪ FİZİKİ ŞƏXSLƏR
▪ HÜQUQİ ŞƏXSLƏR
XƏBƏRLƏR
 

MIX AccessBank-ı “5 brilliant”-la mükafatlandırdı

Microfinance Information Exchange AccessBank-ı ən yüksək “şəffaflıq reytinq” olan “5 brilliant”-a layiq gördü.   

Mikromaliyyə sənayesi üzrə biznes sahəsində aparıcı məlumat xidmətləri təchizatçısı olan Microfinance Information Exchange (MIX) AccessBank-ı beş brilliantla - ən yüksək “şəffaflıq” reytinqi ilə mükafatlandırdı. MIX bütün dünya üzrə Mikromaliyyə İnstitutları haqqında məlumat toplayır və onlardan hər birinin yaydığı məlumat həcminə görə  qiymətləndirir. MIX hər bir MMİ-nin  fəaliyyətinin şəffaflıq səviyyəsini müəyyən etmək üçün “brilliant” sistemini tətbiq edir: brilliantların sayı nə qədər çox olarsa, məlumat aşkarlıq  səviyyəsi də bir o qədər yüksək olur.   

AccessBank Baş Meneceri Andrü Pospilovski belə reytinqin əldə olunmasını alqışlayaraq dedi: “AccessBank öz fəaliyyətində daim şəffaflıq prinsipinə sadiq qalır. MIX-in “5 brilliant” şəffaflıq reytinqi bu sadiqliyimizin bariz nümunəsidir”.

MIX mikromaliyyə institutlarının maliyyə və sosial fəaliyyəti , eləcə də mikromaliyyə sənaye sahəsindəki sponsorlar, aparıcı təchizatçı və investorlar haqqında müfəssəl biznes məlumatlarını təqdim edir. MIX 2002-ci ilin iyun ayında Vaşinqton, federal Kolumbiya dairəsində təsis olunmuş qeyri-kommersiya şirkətidir. MIX Yoxsullara Yardım üzrə Məsləhət Qrupu (CGAP)  tərəfindən təsis olunmuşdur və Citi Foundation, Deutsche Bank Americas Foundation, IFAD (Beynəlxalq Kənd Təsərrüfatı İnkişaf Fondu) və Bill & Melinda Gates Foundation təşkilatları tərəfindən maliyyələşdirilir.