▪ BANK HAQQINDA
▪ Tariximiz və missiyamız
▪ Idarə heyəti
▪ Təsisçilər
▪ İllik hesabatlar
▪ Maliyyə göstəriciləri
▪ Filiallar şəbəkəsi
▪ Müxbir banklar
▪ Korporativ-sosial   öhdəliklər
▪ Vakansiyalar
▪ Əlaqə
▪ Xəbərlər arxivi

▪ FİZİKİ ŞƏXSLƏR
▪ HÜQUQİ ŞƏXSLƏR
XƏBƏRLƏR
 

Fitch AccessBank-ın reytinqini təsdiqlədi

Fitch Ratings Agentliyi AccessBank-ın reytinqini BB+ səviyyəsində təsdiqlədi - bu, Azərbaycanın özəl bankları arasında ən yüksək reytinqidir

Fitch Ratings AccessBank-ın fərdi reytinqini D səviyyəsinədə, Emissiya Defoltu üzrə Uzunmüddətli (BB+) və Qısamüddətli (B) Reytinqi təsdiqlənib. Reytinqin təsdiglənməsi ilə AccessBank Azərbaycanda ən yüksək reytinqə malik yeganə özəl maliyyə institutu olaraq qaldı. Fitch, həmçinin, Uzunmüddətli Emissiya Defoltu Reytinqini, 3-cü dərəcəli yardımçı reytinqlə, “Sabit” səviyyədə təsdiqləyib. AccessBank-ın reytinginin təsdiglənməsi Fitch Ratings agentliyinin 20 may 2010-cu il tarixdə ölkə reytinqinə yenidən baxması və bu reytinqin ВВ+ səviyyəsindən BBB- həddinədək yüksəlməsi ilə müşaiət olunub. Yüksək reytinqin əsası bankın güclü beynəlxalq təsisçiləri tərəfindən dəstəklənir. AccessBank-ın fərdi reytinqi Fitch tərəfindən qiymətləndirilmiş Azərbaycan bankları arasında ən yüksək reytinq hesab olunur və bu reytinq risklərin yüksək səviyyədə idarə olunmasını, yüksək mənfəətlilik və sabit kapitallaşma səviyyəsini əks etdirir.

AccessBank-ın Baş Meneceri Andrü Pospilovski reytinqin təsdiqlənməsini şərh edərək deyib: «Fitch Ratings Agentliyi tərəfindən AccessBank-ın reytinqinin Azərbaycanın özəl bankları arasında ən yüksək səviyyədə təkrar təsdiqlənməsi AccessBank-ın sabitliyi və gücünü bir daha sübut edir».

Fitch Ratings dünyanın kredit bazarlarına müstəqil və perspektivli kredit qərarlarının, tədqiqatlarının və məlumatlarının təqdim olunması sahəsində fəaliyyət göstərən, ümumdünya miqyaslı reytinq agentliyidir.  Dünya üzrə 50 nümayəndəliyə malik Fitch Ratings agentliyinin yerli bazar təcrübəsinin qazanılmasına əsaslanan qlobal təcrübəsi 150-dən artıq ölkənin kapital bazarlarını əhatə edir. Fitch Ratings öz etibarlı və şəffaf fəaliyyəti sayəsində investorlar, emitentlər və bank rəhbərləri arasında yüksək nüfuza malikdir.