AccessBank müştərilərin mühafizəkarı seçildi
MFC-ninİllik Konfrnasında AccessBank müştəriləri mühafizə etmək təcrübəsinə görə mükafatla təltif olundu.
Bu gün AccessBank, Mikromaliyyələşdirmə Mərkəzinin (MFC) Qazaxıstanda keçirilən illik konfransında, müştəriləri mühafizə etmək və həddən artıq borclanmasının qarşısını almaq üzrə təcrübəsinə görə mükafat aldığını elan etdi. Mükafat, MFC ilə birgə Smart Campaign – müştərilərin maraqlarının qorunması ilə məşğul olan mikromaliyyələşdirmə təşkilatlarının beynəlmiləl hərəkatı tərəfindən verildi. AccessBank, müştəriləri mühafizə etməyə görə Qafqazda mükafat alan yeganə təşkilat oldu. Bundan əlavə, AccessBank, Sosial Göstəricilər Hesabatına görə də mükafat aldı. Bu mükafat, şəffaflıq və dəqiqlik prinsiplərinə uyğun fəaliyyət göstərən mikromaliyyə institutlarının nailiyyətlərini nümayiş etdirir. Mükafat, 2009-cu ildə CGAP və Ford Foundation, Michael & Susan Dell Foundation və Social Performance Task Force tərəfindən yaradılıb və Microfinance Information Exchange (the MIX - mikromaliyyələşdirmə təşkilatlarının maliyyə və sosial fəaliyyəti haqqında məlumat təchiz edən beynəlmiləl təşkilat) tərəfindən tətbiq olunur.
AccessBank-ın Baş Meneceri Andrü Pospilovski, mükafatla əlaqədar qeyd etdi: “AccessBank-ın fəaliyyətə başladığı ilk gündən biz “Məsuliyyətli bank” olmağı qarşımıza məqsəd qoymuşuq və maliyyə xidmətlərimizin müştərilərimiz üçün həqiqətən faydalı olmasına çalışmışıq. Bu, ilk növbədə, krediti yalnız onun fayda verəcəyi müştərilərə vermək və müştərilərin həddən artıq borclanmasının qarşısını almaq deməkdir. Bu mükafat bizim öz məramımıza sadiqliyimizi təsdiq edir”. |