|
|
AccessBank-n Nizamnamə kapitalı 20 milyon manat
təşkil edir. Bank 100% xarici kapitala malikdir
və 6 beynəlxalq maliyyə institutuna məxsusdur:
Avropa Yenidənqurma və İnkişaf Bankı – 20%
Mərkəzi və Şərqi Avropada, eləcə də keçmiş
MDB ölkələrində bazar iqtisadiyyatına keçidi sürətləndirmək
məqsədilə 60 ölkə hökuməti tərəfindən 1991-ci
ildə yaradılmışdır.
2005-ci ilin sentyabr ayınadək AYİB Azərbaycanda
28 layihəyə 742,7 milyon AVRO məbləğində investisiya
yatırmışdır.
|
|
|
Beynəlxalq Maliyyə Korporasiyası
- 20%
BMK Dünya Bankı Qrupuna daxildir, məqsədi inkişaf
edən ölkələrdə yoxsulluğun aradan qaldırılması,
eləcə də neftin emalı və istehsalı ilə bağlı olmayan
sahələri dəstək məqsədilə investisiyaların cəlb
edilməsidir.
1995-ci ildən BMK Azərbaycandakı layihələrə 155
milyon ABŞ dollarından çox şəxsi investisiya yatırmışdır.
|
|
|
KfW – İnkişaf Bankı (Almaniyanın
Bərpası üçün Kredit təşkilatı) - 20%
KfW Almaniyada, eləcə də inkişaf edən ölkələrdə
keçid iqtisadiyyatının stimullaşdırılmasında fəaliyyət
göstərən aparıcı alman bankıdır.
KfW Azərbaycanda alman hökumətinin və digər donorların
maliyyə maraqlarını təqdim edir.
KfW Almaniyada böyüklüyünə görə 7-ci bankdır,
aktivlərinin sayı 360 milyard AVRO-dan çoxdur,
işçilərinin sayı 3700.
|
|
|
Qara Dəniz Ticarət və İnkişaf
Bankı - 20%
Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan,
Gürcüstan, Yunanıstan, Moldaviya, Rumıniya, Türkiyə,
Ukrayna hökumətləri tərəfindən yaradılmışdır.
Şəxsi kapitalı 1,400 milyard ABŞ dolları təşkil
edir. Məqsəd: bu ölkələrdə bazar iqtisadiyyatına
keçidi sürətləndirmək;
Layihə və ticarət maliyyələşdirilməsi, bank təminatı,
infrastrukturun inkişafı üzrə layihələrə investisiya
yatırımı.
|
|
|
LFS Financial Systems GmbH
– 3.47%
Strateji investor və AccessBank-ın ideya
mərkəzi LFS Financial Systems 1997-ci ildə Almaniyada
yaradılmışdır.
İxtisaslaşma: konsaltinq firması. Bütün dünyada
mikro- və kiçik müəssisələrə maliyyə xidmətlərinin
təqdim olunması üzrə layihələrin hazırlanması.
Uzunmüddətli layihələr: Azərbaycan, Monqolustan,
Mozambik, Madaqaskar, Malaviya, Tacikistan və
Özbəkistan, Tanzaniya və Nigeriyada.
|
| |
ACCESS HOLDING – 16.53%
Access Microfinance Holding 2006-cı ilin
avqust ayında Berlin şəhərində yaradılmışdır.
Bu təşkilatın səhmdarları KfW İnkişaf Bankı, Avropa
İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası,
Omidyar Tufts Mikromaliyyələşdirmə Fondudur. Access
Microfinance Holding Şirkətinin nizamnamə kapitalı
18 milyon AVRO təşkil edir.
|
|