Korporativ kart vasitəsilə bir çox ödənişləri həyata keçirmək mümkündür:
- Ezamiyyət və nümayəndəlik xərcləri (mehmanxana, avtomobil icarəsi, bilet sifarişi və s.)
- Təsərrüfat ehtiyacları xərcləri (dəftərxana məmulatları və s.)
- Müəssisənin başlıca fəaliyyəti ilə əlaqədar xərclər (mal alınması, təchizatçılarla hesablaşmalar)
- Dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına icbari ödənişlər
- Vergi, rüsum, icarə haqqı
- Digər ödənişlər
Qeyd: Korporativ kartlar dividend, əmək haqqı və digər sosial xarakterli ödənişlər üçün istifadə oluna bilməz.
Üstünlüklər
- Dünyanın hər yerində alış-veriş edilməsi və nağd vəsaitin çıxarılması
- Böyük həcmdə pulların daşınması, pulun itirilmə və oğurlanma riskinin azalması
- Kartların üzərində şirkətin adı göstərilir
- Bir hesaba bir neçə kart birləşdirilə bilər
- Kart itirildikdə və ya oğurlandıqda dərhal bloklaşdırıla bilər
- Şirkətinizə aid olan xərclərin ödənilməsi üçün istifadə oluna bilər
- Rəhbər şəxslər və əməkdaşlar biznes fəaliyyəti ilə bağlı xərclərini öz şəxsi xərclərindən rahat və dəqiq ayırmaq imkanı əldə edir
- Kağız sənədləşmənin həcmini və əməliyyat xərclərinin azalması
- Avtomatlaşdırılmış nəzarət, xərclərin asan və çevik təhlil etmə imkanı və s.
Tariflər
- 5D layihəsi çərçivəsində kartlar pulsuz açılır.
- 5D layihəsi çərçivəsində biznes kartlardan nağdlaşdırma AccessBank-ın bankomatlarında 0.5% (min.0.5 AZN) təşkil edir.
Komissiyalar (nağd pulun çıxarılması)
AccessBank-ın ATM şöbələrində | min 0,1 AZN/USD/EUR | max 1% |
Rezident bankların ATM şöbələrində | min 2 AZN/USD/EUR | max 1,5% |
Qeyri-rezident bankların ATM şöbələrində | min 3,5 AZN/USD/EUR | max 1,5% |
AccessBank-ın POS terminallarında | min 1 AZN/USD/EUR | max 1% |
Rezident bankların POS terminallarında | min 2 AZN/USD/EUR | max 1,5% |
Qeyri-rezident bankların POS terminallarında | min 6 AZN/USD/EUR | max 1,5% |
Qeyd: Biznes kartlardan nağdlaşdırma zamanı müəyyən limitlər təyin oluna bilər