AccessBank-dan hüquqi şəxslər üçün komissiyasız xidmət!

14 mart 2022

AccessBank hüquqi şəxslər və fərdi sahibkarlar üçün xüsusi kampaniyaya start verir. Kampaniyaya əsasən,  AccessBank-da hesab açan yeni müştərilər SWIFT əməliyyatları həyata keçirərkən heç bir komissiya haqqı ödəməyəcəklər.

Təklif yeni müştərilərin ilk ay ərzində məcmu halda 200 000 AZN ekvivalentindən artıq olmayan xarici valyutada olan köçürmələrinə şamil edilir.

Qeyd edək ki, AccessBank-ın ABŞ və Avropanın nəhəng maliyyə qurumlarında xarici valyutada müxbir bank hesabları var.

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla 29 filialı fəaliyyət göstərir.


Paylaşmaq