02.07.2018

"AccessBank" nizamnamə kapitalını 140 mln. manat atrırır

Hesabat dövrünün sonuna bankın aktivlərinin həcmi 827,873 mln. manat təşkil edib ki, bu da birinci rübün sonu ilə müqayisədə 2,894 mln. manat çoxdur. Aktivlərin artımı əsasən kredit portfelinin böyüməsi hesabına baş verib. Belə ki, ilk rüblə müqayisədə "AccessBank"ın kredit portfeli 12,580 mln. manat artaraq 503,743 mln. manat təşkil edib. Bankın depozit portfeli də ənənəvi şəkildə artım nümayiş etdirib. Bankda yerləşdirilən depozitlərin həcmi birinci rüblə müqayisədə 21,959 mln. manat artaraq 450,155 mln. manata çatıb. Bu isə müştərilərin banka olan yüksək etimadından xəbər verir. İyun ayının sonuna "AccessBank"ın ani likvidlik əmsalı 93,03% təşkil edir ki, bu da minimal normativ tələbi 3 dəfədən çox üstələyir. Bu isə bankda kifayət qədər likvid vəsaitin olması deməkdir. "AccessBank"ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, ötən həftə baş tutan Səhmdarların Ümumi Yığıncağında bankın nizamnamə kapitalının 140 mln. manat məbləğində artırılması barədə qərar qəbul olunub. Onun sözlərinə görə, nizamnamə kapitalının artırılması banka yeni inkişaf mərhələsinə daxil olmaq üçün yaxşı imkanlar yaradır: "Mikromaliyyələşmə sahəsinin lideri olaraq mövqeyimizi nəinki qorumağı, hətta gücləndirməyi düşünürük. Bu məqsədə nail olmaq üçün bizim maliyyə dayanıqlılığı, kadr potensialı və müştəri etibarı kimi zəruri resurslarımız var. Bazar payımızı gücləndirməklə yanaşı, biz xidmət səviyyəmizin artırılması üçün də lazımi addımlar atacağıq. Biz 2018-ci ilə olduqca pozitiv baxırıq və qarşıya qoyulan hədəflərə nail olacağımıza əminik".

Valyuta Məzənnələrİ

21.05.2019 ALIŞ SATIŞ
USD 1.6971 1.7015
EUR 1.8591 1.9160
Nağdsız ödəniş

Nağdsız ödəniş

21.05.2019 ALIŞ SATIŞ
USD 1.6971 1.7015
EUR 1.8780 1.9122
GBP 2.1195 2.1844
RUB 0.2060 0.0267

Kalkulyator*

AZN

* - hesablama nağd alış kursu üzrə aparılır

Hesablamaq
AZN