Reabilitasiyadan keçmiş müharibə əlilləri fəal həyata qayıdırlar

25 oktyabr 2022

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi-tədris laboratoriyası Vətən müharibəsi əlillərinin sağlamlıqlarının bərpasına və fəal həyata qayıtmalarına kömək edir. Bu işdə laboratoriya dünya təcrübəsindən istifadə edir. Laboratoriya AccessBank tərəfindən dəstəklənir.

Hərbçilərin reabilitasiyası yüksək ixtisaslı həkimlər və peşəkar instruktorlar tərəfindən həyata keçirilir. Reabilitasiya prosesi hər pasient üçün fərdi tərtib edilib. Müalicə və bərpa prosesində “InBody”, “Biodex”, “Compex”, “BTL” kimi xüsusi avadanlıqlardan istifadə edilir.

Reabilitasiya avadanlıqları İdman Akademiyasının Elmi-tədris laboratoriyasına AccessBank tərəfindən hədiyyə olunub və reabilitasiya xidməti tam təmənnasız həyata keçirilir.

Bu günədək Elmi-tədris laboratoriyasına reabilitasiya xidməti üçün 84 hərbi qulluqçu müraciət edib. Hazırda 3 nəfər bərpa prosesindən keçir, 81 nəfərin isə reabilitasiyası başa çatıb, 63 nəfər hərbi xidmətə qayıdıb.

Paylaşmaq