26.03.2019

AccessBank Tələbələrarası Müsabiqə

İlk tələbələrarası müsabiqəmizin mövzusu marketinqdir. Müsabiqənin məqsədi tələbələrin bu sahədə olan biliklərinin və komandada işləmək qabiliyyətinin artırılmasıdır.

Komandaların qeydiyyatı: Müsabiqədə istənilən ali təhsil müəssisəsindən (Bakalavr) olan tələbələr iştirak edə bilər. Hər bir komandada 4 nəfər iştirak edə bilər. Komandanın üzvləri eyni təhsil müəssisəsində oxumalıdır. 14 aprel tarixinədək iştirak etmək istəyən komandalar onlayn qeydiyyatdan keçə bilər.

Təlimlər: Müraciətlər qiymətləndirildikdən sonra 12 komanda seçiləcək. Seçilmiş komandalara final təqdimatlarına hazırlıq üçün müxtəlif mövzularda təlimlər keçiriləcək.

Yekun təqdimatlar: Komandalar tərəfindən verilmiş mövzu əsasında 10 gün ərzində təqdimat hazırlanılır. Final günü hər bir komanda təqdimatı ilə çıxış edəcək. Münsiflər heyəti tərəfindən təqdimatla bağlı suallar cavablandırıldıqdan sonra ölçü meyarlarına əsasən qiymətləndiriləcək. İlk 3 yeri tutmuş komandalar bankda təcrübə keçmək imkanı, sertifikat və pul mükafatı əldə edəcəklər:

I yer - 1000 AZN
II yer - 600 AZN
III yer - 400 AZN

İştirak et


Valyuta Məzənnələrİ

25.04.2019 ALIŞ SATIŞ
USD 1.6971 1.7015
EUR 1.8589 1.9158
Nağdsız ödəniş

Nağdsız ödəniş

25.04.2019 ALIŞ SATIŞ
USD 1.6971 1.7015
EUR 1.8778 1.9120
GBP 2.1498 2.2156
RUB 0.2060 0.0267

Kalkulyator*

AZN

* - hesablama nağd alış kursu üzrə aparılır

Hesablamaq
AZN