Aqrar Kredit və İnkişaf Agentliyi vəsaiti hesabına Kənd təsərrüfatı kreditləri
Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar üçün mikro maliyyələşmə imkanları genişlənir. Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına təqdim edilən bu sahibkarlıq krediti kənd təsərrüfatına dəstək məqsədilə illik 7% və ya 12% dərəcə ilə təklif olunur.
Bu mikro biznes krediti çərçivəsində kənd təsərrüfatı texnikası və damazlıq heyvan alışı üçün güzəştli şərtlər mövcuddur:
Kənd təsərrüfatı texnikasının alışı üçün:
- Texnikanın dəyərinin 20%-i ilkin ödəniş kimi sahibkar tərəfindən;
- 40%-lik subsidiya dövlət tərəfindən;
- Qalan məbləğ isə biznes krediti kimi bank tərəfindən qarşılanır.
Damazlıq heyvan alışı üçün:
- Heyvanın dəyərinin 25%-i ilkin ödəniş kimi sahibkar tərəfindən;
- 60%-lik subsidiya dövlət tərəfindən;
- Qalan hissə isə illik 7% dərəcə ilə sahibkarlıq krediti kimi bank tərəfindən qarşılanır.
Bu imkanlar kənd təsərrüfatı sahəsində öz biznesini qurmaq və ya genişləndirmək istəyənlər, mikro biznes krediti axtaranlar üçün əla fürsətdir.
AKİA vəsaiti hesabına Kənd təsərrüfatına dəstək
12%-lə güzəştli mikro kreditlər
7%-lə güzəştli kreditlər
5 000 – 15 000 ₼
Məbləğ
12 – 36 ay
Müddət
12%
İllik faiz dərəcəsi
5 000 – 200 000 ₼*
Məbləğ
* kənd təsərrüfatı texnikası alışı üçün 1 000 000 ₼-dək
6 – 36 ay
Müddət
7%
İllik faiz dərəcəsi
Kredit kalkulyatoru
AKİA krediti üçün
Ümumi ödəniləcək məbləğ
Aylıq ödəniş
Ümumi faiz ödənişi
Şərtlər
Kənd təsərrüfatına dəstək üçün 12%-lə güzəştli mikro kreditlər
- Məbləğ: 5000 – 15 000 AZN
- Müddət: 12 - 36 ay
- Güzəşt muddati: kreditin muddatinin 50%-adak, maksimum 12 ay
- İllik faiz dərəcəsi: 12%
- Kreditlər üzrə FİFD (Faktiki illik faiz dərəcəsi): min. 13,41% - mak. 13,91%
- Tələb olunan sənədlər: borcalanın identifikasiyasını təsdiq edən sənədlər (Şəxsiyyət vəsiqəsi, VÖEN), fəaliyyət yerinə dair sənədlər (mülkiyyəti təsdiq edən sənəd və/və ya daşınmaz əmlakın icarə müqaviləsi)
Kənd təsərrüfatına dəstək üçün 7%-lə güzəştli kreditlər
- Məbləğ: 5000 – 200 000 AZN ( Kənd təsərrüfatı texnikası alışı üçün 1 000 000 AZN-ədək)
- Müddət: 6 - 36 ay
- İllik faiz dərəcəsi: 7%
- Komissiya: 1 - 3%
- Kreditlər üzrə FİFD (Faktiki illik faiz dərəcəsi): min. 7,55% - mak. 13,49%
- Girov: dövriyyədəki mallar, avadanlıqlar, ev əşyaları, daşınan və daşınmaz əmlak(ev, mənzil, torpaq, obyekt, avtonəqliyyat, əmanət)
- Sərt girovsuz: Maksimal məbləğ - 15 000 AZN
- Tələb olunan sənədlər: borcalanın identifikasiyasını təsdiq edən sənədlər (Şəxsiyyət vəsiqəsi, VÖEN) (Notarial təsdiq), fəaliyyət yerinə dair sənədlər (mülkiyyəti təsdiq edən sənəd və/və ya daşınmaz əmlakın icarə müqaviləsi) (notarial təsdiq)