Tariximiz

Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB) QSC 29 oktyabr 2002-ci ildə Bakıda fəaliyyət göstərməyə başlayıb. 8 sentyabr 2008-ci il tarixindən Bank adını dəyişdirərək öz fəaliyyətini «AccessBank» olaraq davam etdirməyə başlayıb. Bank qısa müddət ərzində sürətlə inkişaf edib və nəticədə böyük nailiyyətlər əldə edib. Aşağıda ən zəruri inkişaf mərhələləri göstərilir.

2026
  • AccessBank, AmCham Azerbaijan və Neurotime süni intellekt üzrə hakaton təşkil etdi.
  • AccessBank yenilənmiş Binəqədi filialında biznes xidmətlərini genişləndirdi.
  • AccessBank “Həzi Aslanov” filialını yeni konseptdə müştərilərə təqdim etdi.
  • VIP Club rebrendinq edilərək “Private Banking” adı ilə yeniləndi.
  • AccessBank “Banking Awards – 2025” tədbirində dörd nominasiya üzrə qalib oldu.
  • AccessBank və AYİB Risklərin Bölüşdürülməsi Proqramı çərçivəsində Pizza Mizza-nın genişlənməsini maliyyələşdirdi.
  • Gəncədə “Kəpəz” filialının açılışı ilə AccessBank-ın filial şəbəkəsi 39-a çatdırıldı.
  • AccessBank BANK IM BISTUM ESSEN eG-dən 7 milyon ABŞ dolları kredit xətti cəlb etdi.
2025
  • AccessBank və AYİB Risklərin Bölüşdürülməsi Proqramı çərçivəsində AzVirt üçün 5 milyon avro maliyyələşmə ayırdı.
  • AYİB “Youth in Business” proqramı çərçivəsində AccessBank-a 20 milyon ABŞ dolları maliyyə ayırdı.
  • AccessBank və Visa Xankəndidə kobrend filial açaraq filial şəbəkəsini 38-ə çatdırdı.
  • İmişli filialının açılışı ilə AccessBank-ın filial şəbəkəsi 37-yə çatdırıldı.
  • AccessBank FMO-dan 25 milyon ABŞ dolları kredit cəlb etdi.
  • AccessBank GCPF-dən 7,5 milyon ABŞ dolları kredit cəlb edərək yaşıl maliyyələşməni genişləndirdi.
  • AccessBank və AYİB qadın sahibkarlar üçün “Access2Success” layihəsinə dördüncü dəfə start verdi.
  • AccessBank MKOS-ların dəstəklənməsi məqsədilə AYİB-dən 10 milyon ABŞ dolları əlavə maliyyə vəsaiti cəlb etdi.
  • Balakən filialının açılışı ilə AccessBank-ın filial şəbəkəsi 36-ya çatdırıldı.
  • AccessBank Cəlilabad filialını yenilənmiş konsepsiyada müştərilərin istifadəsinə verdi.
  • AccessBank ABA-nın “Banking Awards – 2024” tədbirində üç nominasiya üzrə qalib oldu.
  • AccessBank BlueOrchard Fondundan 8 milyon ABŞ dolları subordinasiya krediti cəlb etdi.
  • AccessBank yenilənmiş konsepsiya ilə Xaçmaz filialını istifadəyə verdi.
  • AccessBank qadın sahibkarlığını dəstəkləmək üçün üçüncü dəfə “Access2Success” layihəsinə start verdi.
2024
  • AccessBank “Invest in Visions” fondları ilə 10 milyon ABŞ dolları məbləğində kredit müqaviləsi imzaladı.
  • AccessBank və KOBİA “Bizdən Biznesə” layihəsinin reallaşdırılması üzrə Memorandum imzaladı.
  • AccessBank AYİB-in Ticarətin Maliyyələşdirilməsi Proqramına qoşuldu.
  • AccessBank yenilənmiş konsepsiya ilə “20 Yanvar” filialını istifadəyə verdi.
  • Goranboy filialının açılışı ilə AccessBank-ın filial şəbəkəsi 35-ə çatdırıldı.
  • AccessBank “Gender Bərabərliyinin Maliyyələşdirilməsi” mükafatına layiq görüldü.
  • Quba filialının açılışı ilə AccessBank-ın filial şəbəkəsi 34-ə çatdırıldı.
  • Masallı filialının açılışı ilə AccessBank-ın filial şəbəkəsi 33-ə çatdırıldı.
  • AccessBank BMT-nin Qlobal Sazişinə qoşuldu.
  • AccessBank və Visa Azərbaycanda ilk innovativ kobrend filialını istifadəyə verdi.
  • AccessBank ABA-nın “Bankçılıq Mükafatları – 2023” tədbirində dörd nominasiya üzrə qalib oldu.
2023
  • Azərbaycan Banklar Assosiasiyası (ABA) AccessBank-ın Access2Success layihəsini 2022-ci ilin “Ən fəal maliyyə savadlılığı dəstəkçisi” seçdi.
  • AccessBank Avropanın nüfuzlu investisiya şirkəti Enabling Qapital Ltd ilə 17 milyon AZN dəyərində kredit müqaviləsi imzaladı.
  • Visa AccessBank-ı nağdsız əməliyyatların effektiv təşviqi, həmçinin uşaq və yeniyetmələr üçün myCard Junior kartlarının istifadəyə verilməsi üzrə nominasiyalarda xüsusi mükafatlara layiq gördü.
  • AccessBank-ın depozit portfeli milyard həddini keçdi.
  • AccessBank əsas səhmdarı olan Asiya İnkişaf Bankının (AİB) dəstəyi ilə qadın sahibkarlar üçün nəzərdə tutulmuş ikinci Access2Success layihəsini reallaşdırdı.
2022
  • AccessBank Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərpoçt-la birlikdə ilk dəfə tətbiq olunan Agent bankçılıq layihəsinə qoşuldu
  • AccessBank-ın qadın sahibkarlar üçün nəzərdə tutulmuş ilk Access2Success layihəsi fəaliyyətə başladı.
  • AccessBank BMT-in Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə (WEPs) qoşuldu. AccessBank BMT-nin Qlobal Sazişi və Qadınlar üzrə Agentliyi tərəfindən hazırlanan bu prinsiplərə dəstək olan ilk yerli bank oldu.
  • Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Hökuməti, “Masdar Azərbaycan Enerji” Məhdud Məsuliyyətli Cəmiyyəti və “AccessBank” Qapalı Səhmdar Cəmiyyəti arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı.
  • AccessBank mövcud səhmdarlarının yeni investisiyası hesabına kapital bazasını 11,4 milyon manat artırdı. Kapitalın artırılması nominal dəyəri 1 AZN olan 11 388 889 AZN imtiyazlı səhmlərin buraxılması ilə baş tutdu.
  • AccessBank ölkədə aqrar sektorun inkişafına yönəlmiş ilk tematik istiqrazların emissiyasını reallaşdırdı. İstiqrazlar 5 milyon ABŞ dolları həcmində, 18 ay müddətinə, illik 5.5% kupon dərəcəsi ilə emissiya edildi və tam olaraq yerləşdirildi.
  • AccessBank sayca 30-cu filialını Naxçıvan şəhərində açdı.
  • AccessBank sayca 31-ci filialını Qəbələ şəhərində açdı.