İdarəetmə və təşkilat strukturu
Tariyel İsmayılov bank sektorunda 20 ildən çox təcrübəyə malikdir. AccessBank-ın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmazdan əvvəl 2019-cu ildən Bank Respublikanın İdarə Heyətinə rəhbərlik edib.
Peşəkar fəaliyyətinə AccessBank-da başlayan cənab İsmayılov filial rəhbəri, regional menecer və Mikrokreditləşmə departamentinin rəhbəri vəzifələrində çalışıb. 2013-cü ildə mikrokreditləşmə və kredit əməliyyatlarının dəstəklənməsi üzrə icraçı direktor, 2017-ci ildə isə İdarə Heyəti sədrinin müavini və baş biznes inzibatçısı təyin olunub.
Cənab İsmayılov 2003-cü ildə Milli Aviasiya Akademiyasını bitirib, 2007-ci ildə isə Azərbaycan Texnologiya Universitetində aspirantura təhsilini başa vurub. 2018-ci ildə Böyük Britaniyanın Kembric Universitetinin Judge Biznes Məktəbində liderlik üzrə “New Leadership” proqramını tamamlayıb.
Azərbaycan, rus və ingilis dillərini bilir.
Ailəlidir, 3 övladı var.
E-mail: [email protected]
Tel: 151
Orxan İsmayılov
İH Sədrinin müavini, İdarə Heyətinin üzvü, Baş Risk İnzibatçısı
Orxan İsmayılov “AccessBank”da fəaliyyətinə 2020-ci ilin yanvar ayında Risklərin İdarə Edilməsi departamentinin direktoru vəzifəsində başlayıb.
Cənab İsmayılov karyerasına Azərbaycan Respublikasının Mərkəzi Bankında başlayıb. Daha sonra fəaliyyətini Maliyyə Bazarlarına Nəzarət Palatasında davam etdirərək Prudensial siyasət və Metodologiya İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.
Orxan İsmayılov Bakı Dövlət Universitetində İqtisadi kibernetika ixtisası üzrə bakalavr və maqistr dərəcələri alıb. Habelə, Praqada Nyu-York Universitetində MBA dərəcəsinə yiyələnib.
Azərbaycan, rus və ingilis dillərini bilir.
Renat Hümbətov 20 illik bankçılıq təcrübəsinə malikdir. O, AccessBank komandasına 2005-ci ildə Kredit mütəxəssisi qismində qoşulub. Cənab Hümbətov 2010-2017-ci illərdə Qazax filialına, 2017-2021-ci illərdə isə Gəncə filialına rəhbərlik edib. 2020-ci ildə filial rəhbərliyi ilə eyni zamada həm də Regional menecer olaraq da fəaliyyət göstərib. 2021-2022 illərdə Bankın Mikro və Aqro müştərilər üzrə departamentinin rəhbəri olub. 1 aprel 2022-ci il tarixindən Mikro və KOBM üzrə İcraçı Direktordur.
Renat Hümbətov Azərbaycan Texnologiya Universitetində İqtisadiyyat və İdarəetmə ixtisası üzrə bakalavr və magistr təhsili alıb.
Azərbaycan, rus, ingilis dillərini bilir.