Müştəri̇ Hüquqlarının Mühafi̇zəsi̇ (MHM) pri̇nsi̇pləri̇

AccessBank-da biz inanırıq ki, məsuliyyətli bankçılıq etimada, şəffaflığa və müştərilərimizə dərin hörmətə əsaslanır. Məhz buna görə də biz məsuliyyətli maliyyə inklüzivliyi vasitəsilə müştərilərimizin qorunmasına tam sadiqik və məhsullarımızın, xidmətlərimizin və qarşılıqlı əlaqələrimizin hər mərhələdə müştərilərimizin ən yaxşı maraqlarına xidmət etməsini təmin edirik.

Biz anlayırıq ki, hər bir müştəri ilə münasibət sadəcə əməliyyatdan daha böyük məna daşıyır - bu, bir öhdəlikdir. Ədalətə, dürüstlüyə və müştərilərimizin təhlükəsiz və hörmətə əsaslanan mühitdə maliyyə rifahına nail olmasına dəstək vermək öhdəliyi.

Müştəri hüquqlarının qorunmasına yanaşmamız Müştəri Hüquqlarının Mühafizəsi Prinsiplərinə əsaslanır və bu prinsiplər etibarlı maliyyə tərəfdaşından hər bir müştərinin gözləyə biləcəyi minimum standartları müəyyən edir. Bu prinsiplər ən yaxşı beynəlxalq təcrübələri əks etdirir və icmalarımızda fərdlərə, ailələrə və bizneslərə göstərdiyimiz xidmətlərin əsasını təşkil edir.

MHM-in aşağıda qeyd olunan prinsipləri ilə tanış olun:

MÜŞTƏRİ MƏLUMATININ MƏXFİLİYİ

Müştərilərin şəxsi və maliyyə məlumatlarının qorunması bizim üçün əsas prioritetdir. Müştəri məlumatları yalnız onların razılığı əsasında və aydın şəkildə icazə verilmiş məqsədlər üçün toplanır və istifadə olunur. Sistemlərimiz və proseslərimiz məlumatların istər daxili əməkdaşlar, istər tərəfdaş şirkətlər, istərsə də üçüncü şəxslər tərəfindən sui-istifadə, fırıldaqçılıq və ya icazəsiz girişdən qorunmasını təmin edəcək şəkildə qurulmuşdur.

MÜVAFİQ MƏHSUL HAZIRLANMASI VƏ TƏQDİM EDİLMƏSİ

Biz müxtəlif müştəri bazamızın ehtiyaclarına uyğunlaşdırılmış maliyyə məhsulları və xidmətləri hazırlayırıq. Məqsədimiz təkliflərimizin faydalı, istifadəsi asan olması və müştərilərə heç bir gözlənilməz zərər vurmamasını təmin etməkdir. Müştəri rəyləri bütün xidmət kanalları üzrə bank həllərimizi təqdim etmə yanaşmamızın formalaşdırılmasında mühüm rol oynayır.

HƏDDİNDƏN ARTIQ BORCLANMANIN QARŞISININ ALINMASI

Biz kreditləşmə üzrə öhdəliklərimizə ciddi yanaşırıq. Kredit təqdim edilməzdən əvvəl hər bir müştərinin həddindən artıq borclanmaya düşmədən ödəniş qabiliyyəti qiymətləndirilir. Güclü daxili proseslər vasitəsilə həm fərdi, həm də bazar səviyyəsində həddindən artıq borclanmanın qarşısını almağa çalışırıq (bu çərçivədə Azərbaycan Kredit Bürosu ilə sıx əməkdaşlıq edirik).

ŞƏFFAFLIQ

Aydın kommunikasiya sağlam bank-müştəri münasibətlərinin əsasını təşkil edir. Biz qiymət, müddətlər, şərtlər və komissiyalar daxil olmaqla bütün müvafiq məlumatları sadə və asan başa düşülən formada təqdim edirik. Müştərilərimiz maliyyə qərarları qəbul edərkən hər zaman özlərini əmin və məlumatlı hiss etməlidirlər.

MƏSULİYYƏTLİ QİYMƏTLƏNDİRMƏ

Biz ədalətli və şəffaf qiymət siyasətinə sadiqik. Məhsullarımız həm əlçatan, həm də davamlı olacaq şəkildə dizayn edilir ki, müştərilər dəyər əldə etsin və eyni zamanda Bankın uzunmüddətli dayanıqlılığı təmin olunsun. Həmçinin əmanətlər və depozitlər üzrə real və müsbət gəlirlərin təqdim edilməsinə çalışırıq.

MÜŞTƏRİLƏRƏ ƏDALƏTLİ VƏ HÖRMƏTLİ MÜNASİBƏT

Müştəri ilə hər bir qarşılıqlı əlaqə hörmət, ədalət və peşəkarlıq nümayiş etdirmək üçün bir fürsətdir. Biz ayrı-seçkiliyin və ya aqressiv davranışın hər hansı formasını qadağan edirik. Bütün əməkdaşlarımız və nümayəndələrimiz yüksək etik standartlara riayət etmək üçün təlimləndirilir, xüsusilə kreditlərin verilməsi və borcların yığımı proseslərində. Korrupsiya, aqressiv və ya təhqiramiz davranışların aşkar edilməsi və aradan qaldırılması üçün lazımi nəzarət mexanizmləri mövcuddur.

ŞİKAYƏTLƏRƏ BAXILMASI MEXANİZMLƏRİ

Biz narahatlıqların bildirilməsi və ya şikayətlərin təqdim edilməsi üçün əlçatan və operativ kanallar təqdim edirik. Hər bir müraciət vaxtında araşdırılır və daxil olan rəylər xidmətlərimizin, siyasətlərimizin və məhsullarımızın davamlı şəkildə təkmilləşdirilməsi üçün istifadə olunur.