Access2Success Lənkəranda qadın sahibkarların biznes bacarıqlarını inkişaf etdirməyə dəstək oldu
31 Oktyabr 2025
Layihə çərçivəsində AccessBank-ın mütəxəssisləri iştirakçılar üçün maliyyə savadlılığı, sahibkarlığın hüquqi, sahibkarlar üçün marketinq və şəxsi brendin formalaşdırılması mövzularında interaktiv sessiyalar keçirdilər. İştirakçılar öz biznes təcrübələrini paylaşaraq, inkişaf prosesində qarşılaşdıqları məsələləri birgə müzakirə ediblər.
Təlim proqramının sonunda iştirakçılara AccessBank tərəfindən sertifikatlar təqdim edildi.
Qeyd edək ki, Access2Success layihəsinə AccessBank tərəfindən 2022-ci ildə start verilib. Bu müddət ərzində layihə paytaxt və müxtəlif bölgələrdə yüzlərlə qadın sahibkara strateji planlaşdırma, satış və marketinq, e-ticarət, insan resursları və hesabatlılıq kimi istiqamətlərdə bilik və bacarıqlarını artırmaq imkanı yaradıb.
Paylaşmaq