AccessBank Azərbaycanda KOB-ların inkişafı üçün Niderland İnkişafı Bankından $25 mln kredit cəlb edib
13 Noyabr 2025
Bu vəsaitlər Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsinə sərf olunacaq, xüsusilə qadınlar, gənclər və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarların maliyyə imkanlarının genişləndirilməsinə töhfə verəcək. Bu təşəbbüs tam şəkildə “Bərabərsizliyin azaldılması” proqramının prinsiplərinə uyğun təsnifləşdirilib və ayrılan vəsaitin 100%-i ölkədə inklüziv və davamlı iqtisadi inkişafın təşviqinə yönəlib.
FMO – Niderland İnkişaf Bankıdır. İrimiqyaslı təsir investoru kimi FMO inkişaf etməkdə olan ölkələrdə və yeni bazarlarda dayanıqlı özəl sektorun inkişafını dəstəkləyir, həmçinin ambisiyalı layihələrə və sahibkarlara sərmayə yatırır.
FMO inanır ki, güclü özəl sektor iqtisadi və sosial inkişafın əsasını təşkil edir. Bank 55 ildən artıq təcrübəyə malikdir və sahibkarları gücləndirməklə yerli iqtisadiyyatların daha inklüziv, məhsuldar və davamlı olmasına töhfə verir. FMO yüksək inkişaf təsirinə malik üç əsas sektora fokuslanır: kənd təsərrüfatı, qida və meşə təsərrüfatı; enerji; maliyyə institutları. Bankın ümumi portfeli təxminən 13,5 milyard avro təşkil edir və 85-dən çox ölkəni əhatə edir. FMO bu göstəricilərlə dünyada ən iri ikitərəfli özəl sektor inkişaf banklarından biri hesab olunur. Ətraflı məlumat üçün: www.fmo.nl
Bu əməkdaşlıq vasitəsilə AccessBank Azərbaycanda sahibkarlığın dəstəklənməsi, “yaşıl” təşəbbüslərin inkişafı və dayanıqlı iqtisadi artımın təşviqi istiqamətindəki missiyasını daha da gücləndirir.
Paylaşmaq