AccessBank-ın mikro portfeli 67% faiz artıb
Azərbaycanda mikromaliyyələşdirmə lideri olan AccessBank, son 3 ay ərzində müştərilərə 99 milyon mikro və aqro kredit verib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40 milyon manat, yəni 67% çoxdur.
Həmçinin Bank, cari ilin ilk 8 ayı ərzində mikro portfelini 64 milyon artırıb.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı,Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla 28 filialı fəaliyyət göstərir.
Kampaniyadan yararlanmaq üçün “AccessBank”ın yaxınlıqdakı filialına yaxınlaşmaq, həmçinin Bankın 151 Əlaqə mərkəzinə zəng etmək və ya 055 440 01 51 “whatsapp” nömrəsinə yazmaq olar. Məhsul haqqında məlumatları həmçinin Bankın saytından və ya sosial media hesablarından (Facebook, Instagram, Linkedin) əldə etmək mümkündür.