Maliyyə bilikləri hər kəs üçündür: AccessBank-dan Tələbələrin Akselerasiya Proqramına dəstək

16 İyul 2025
AccessBank korporativ sosial məsuliyyət (KSM) strategiyasına uyğun olaraq, cəmiyyətin həssas qruplarının bilik və bacarıqlarının inkişafına dəstəyini davam etdirir.

Təlimlər DOST Agentliyinin icra etdiyi Tələbələrin Akselerasiya Proqramı (TAP) çərçivəsində təşkil olunur. Proqramın əsas məqsədi gənclərin bilik və bacarıqlarını artırmaqla onların əmək bazarına uğurlu inteqrasiyasına dəstək verməkdir.

AccessBank-ın dəstəyi ilə həyata keçirilən təlimlər zamanı iştirakçılarla büdcə planlaması, qənaət vərdişlərinin formalaşdırılması, səmərəli maliyyə idarəçiliyi, təhlükəsiz bank əməliyyatları, eləcə də rəqəmsal bankçılıq xidmətlərindən düzgün istifadə mövzularında interaktiv və praktik sessiyalar keçirilib. Təlimlər iştirakçılara gündəlik həyatda qarşılaşdıqları maliyyə qərarlarını daha məlumatlı və inamla vermək imkanı yaradıb.

AccessBank-ın KSM strategiyasının prioritet istiqamətlərindən biri məhz sosial həssas qrupların iqtisadi bilik və bacarıqlarının artırılmasıdır. Bank gələcəkdə də bu kimi layihələrə fəal şəkildə dəstək verməyə, inklüziv və bilik əsaslı cəmiyyətin qurulmasına töhfə verməyə davam edəcək.
Paylaşmaq