Arzularına OKey de!

0% kredit
30 günədək komissiyasız
400 AZN
Minimal əməkhaqqı ilə
Kəşbək
Seçilmiş 3 kateqoriya üzrə 3% - dək

Arzuların cavabı OK Kart: 0% komissiya və keşbək

Əzizim!
Paltaryuyan maşın xarab oldu.
Yenisini ala bilərik?
Ok*
* Əlbəttə, bunun üçün var

Hər alışda kəşbək qazan

3%-dək

Seçilmiş kateqoriyalar üzrə kəşbək

3

Kəşbək kateqoriya seçmək imkanı

Əlavə xərcləri olmayan kart

Hər şey minimum xərclə!
0 ₼

Qiymət

0 ₼

İllik xidmət haqqı

0 ₼

SMS bankçılıq

OK kartdan istifadə

Komissiyanın hesablanması
Tariflər

OK kartdan istifadə şərtləri

Əsas şərtlər:
  • Xərclənən hər tam və ya natamam 200 AZN üçün aylıq 5 AZN komissiya hesablanır.
  • Komissiya – xərclənən məbləğ istifadə olunduğu ayın son iş gününə qədər ödənilmədikdə hesablanmağa başlayır.
Qeyd:

Əgər ayın son təqvim günü qeyri-iş gününə təsadüf edərsə, komissiyanın formalaşma tarixi və ödəniş üçün son tarix növbəti iş günü hesab olunur.

Bu halda, ayın son iş günündən növbəti iş gününədək həyata keçirilmiş əməliyyatlar nəticəsində yaranan borc məbləği əvvəlki ay üzrə komissiya hesablamasına daxil edilir.

Nümunə:

Aşağıdakı cədvəldə OK kartdan istifadə zamanı komissiyanın tətbiq olunma şərtləri ilə bağlı nümunə ilə tanış ola bilərsiniz:

- 200 ₼
- 200 ₼
3 yanvar
Müştəri OK kartdan 200 AZN məbləğində istifadə edir. Borc: -200 AZN
- 5 ₼
- 205 ₼
1 fevral
Ay başa çatdığı üçün istifadə olunmuş borc növbəti aya keçir. Bu zaman aylıq istifadə haqqı hesablanır. Aylıq istifadə haqqı: -5 AZN. Yekun borc: -205 AZN
+ 5 ₼
- 200 ₼
20 fevral
Müştəri yalnız xidmət haqqını (5 AZN) ödəyir. Yekun borc: -200 AZN (əsas borc hələ qalır)
- 5 ₼
- 205 ₼
1 mart
Fevral ayı da başa çatdığı üçün əsas borc növbəti aya keçir və yenidən aylıq istifadə haqqı hesablanır. Aylıq istifadə haqqı: -5 AZN. Yekun borc: -205 AZN
+ 205 ₼
0 ₼
25 mart
Müştəri əsas borcu və xidmət haqqı daxil olmaqla ümumilikdə 205 AZN məbləğində ödəniş edir. Yekun borc: 0 AZN

Tariflər

Kəşbək 3 kateqoriya üzrə 3%-dək
PİN dəyişdirmə pulsuz
SMS bildirişlər pulsuz
Qiymət pulsuz
myAccess pulsuz

Tez-tez verilən suallar

Kredit xəttindən necə istifadə edə bilərəm?
OK kartla sizə təqdim olunmuş kredit limiti çərçivəsində istənilən vaxt ödəniş, nağdlaşdırma və digər əməliyyatlar edə bilərsiniz. Limit daxilində istifadə tam sərbəstdir.
Əgər borcu ayın sonunadək tam ödəsəm, əlavə ödəniş olur?
Xeyr. Ay ərzində istifadə etdiyiniz borcu həmin ayın son iş günü saat 12:00-dək tam şəkildə ödəsəniz, heç bir faiz və ya xidmət haqqı tətbiq olunmur.

Nümünə:
Tutaq ki, yanvarda 400 AZN istifadə etmisiniz. Əgər bu məbləği yanvarın31-i saat 12:00-dək tam geri ödəsəniz — əlavə ödəniş yoxdur.
Borcu cari ayın sonuna dək ödəyə bilməsəm nə baş verir?
Əgər borc növbəti aya keçərsə, faiz tətbiq olunmur. Sadəcə, hər 200 AZN üçün 5 AZN sabit aylıq istifadə haqqı hesablanır. Xidmət haqqını ödəyərək borcunuzu kredit xəttinin bitmə müddətinə dək üzada bilərsiniz.

Nümunə:
430 AZN üçün 15 AZN aylıq istifadə haqqı tətbiq olunacaq.
Xidmət haqqı tətbiq edildikdən sonra 1 ay ərzində ödəməlisiniz.
Kredit xəttindən pul çıxarsam və ya köçürsəm, nə qədər komissiya tutulur?
Nağdlaşdırma və digər hesaba köçürmə (maliyyə əməliyyatları) zamanı əməliyyat məbləğinin 2%-i komissiya olaraq tutulur və borc məbləğinə əlavə edilir.

Nümunə:
500 AZN nağdlaşdırma etdikdə 10 AZN komissiya tutulur. Ümumi borc 510 AZN olacaq.
Minimal aylıq ödəniş nə qədərdir?
Minimal aylıq ödəniş yalnız xidmət haqqından ibarətdir.
Ödənişi vaxtında etməsəm nə baş verir?
Minimal ödənişi 1 ay ərzində etməsəniz, kredit xətti bloklanır. Ödəniş etdikdən sonra həmin günün sonunda aktivləşir . Gecikmə 30 gün ardıcıl davam edərsə, Bank limitinizi sıfırlaya bilər.
Borcumu necə ödəyə bilərəm?
Ödənişləri aşağıdakı kanallarla edə bilərsiniz:
  • MyAccess tətbiqi (AccessBank və ya digər bank kartı ilə)
  • 24/7 Cash-in terminalları
  • E-manat və MilliÖn
Borcumu MyAccess-də necə yoxlaya bilərəm?
  1. MyAccess tətbiqində “Kartlar” bölməsinə keçin
  2. OK kartınızı seçin
  3. Sağ yuxarıdakı “i” işarəsinə klikləyin
  4. Açılan pəncərədə borc məbləği, mövcud limit və komissiya haqda məlumat görünəcək

Diqqət: Card-to-Card ödənişi balansı artırır, amma komissiya və ya borc ödənişi kimi hesablanmır!
Apple və Google Pay istifadə edə bilərəm?
Bəli, OK kartınızı Apple Pay və Google Pay-ə əlavə edərək rahat alış-veriş edə bilərsiniz.
MyAccess tətbiqini niyə yükləməliyəm?
MyAccess tətbiqi vasitəsilə siz
  • Borcunuzu real vaxtda izləyə bilərsiniz
  • Gecikmələrin qarşısını ala bilərsiniz
  • Ən rahat və təhlükəsiz şəkildə ödəniş edə bilərsiniz
Borc hesablanma komissiyası
Tariflər

OK Kartın istifadə və ödəniş nümunəsi

Borc Komissiya* Gecikmə üzrə komissiya**
< 200 ₼ 6 ₼ 6 ₼ + 5% illik
< 600 ₼ 16 ₼ 16 ₼ + 5% illik
< 1000 ₼ 24 ₼ 24 ₼ + 5% illik
< 1400 ₼ 32 ₼ 32 ₼ + 5% illik
< 1700 ₼ 37 ₼ 37 ₼ + 5% illik
< 2000 ₼ 42 ₼ 42 ₼ + 5% illik
< 2500 ₼ 52 ₼ 52 ₼ + 5% illik
< 3000 ₼ 60 ₼ 60 ₼ + 5% illik

* Cari ay üzrə borc məbləği ödənilmədikdə yarana biləcək xərc
** Güzəşt müddətindən sonrakı dövrdə növbəti bir ay ərzində komissiya ödənilmədikdə yarana biləcək əlavə xərc

Tariflər

Kəşbək 3%-dək
PİN dəyişdirmə pulsuz
SMS bildirişlər pulsuz
Konvertasiya 1,5%
Qiymət pulsuz
myAccess pulsuz



OK kart üzrə istifadə olunmuş məbləği hər ayın sonunadək, saat 12:00-a qədər komissiyasız geri ödəmək mümkündür.

Səhifə üzrə məzmun sizə faydalı oldumu?