Access2Success artıq regionlarda — AccessBank-dan Zaqatalada qadın sahibkarlara dəstək

6 Avqust 2025
Azərbaycanda qadın sahibkarlığının inkişafına ardıcıl dəstək göstərən AccessBank, bu dəfə Access2Success layihəsinin ilk regional tədbirini Zaqatalada uğurla həyata keçirdi. Tədbirdə 15 yerli sahibkar xanım iştirak etdi.

Access2Success layihəsinin məqsədi — qadınların biznes bacarıqlarını inkişaf etdirmək, onların iqtisadi müstəqilliyini gücləndirmək və lider qadın modelinin formalaşmasına töhfə verməkdir.

Tədbir çərçivəsində AccessBank-ın mütəxəssisləri emosional zəka və maliyyə savadlılığı, sahibkarlığın hüquqi çərçivəsi və biznes mühitində yoxlamalar, rəqəmsal marketinq və şəxsi brendin qurulması kimi mövzularda iştirakçılara maarifləndirici sessiyalar təqdim etdilər.  Təlim proqramını uğurla başa vuran iştirakçılara AccessBank tərəfindən Sertifikatlar təqdim olundu.

Bu təşəbbüs bir daha göstərdi ki, qadınlar ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəal və uğurlu şəkildə iştirak edir, onlara yönəlmiş davamlı və sistemli dəstək isə bu uğurların genişlənməsində mühüm rol oynayır.

Qeyd edək ki, Access2Success layihəsinə AccessBank tərəfindən 2022-ci ildən start verilib. Layihə çərçivəsində qadın sahibkarlara strateji planlaşdırma, böhranların idarə olunması, satış və marketinq, e-ticarət, insan resursları və hesabatlılıq sahələrində dərin biliklər aşılanır.  Bank layihəni genişləndirməyi və digər regionlarda daha çox qadın sahibkara dəstək göstərməyi hədəfləyir.
Paylaşmaq