AccessBank və EBRD qadın sahibkarlar üçün Access2Success layihəsinə 4-cü dəfə start verdi

30 Sentyabr 2025
Azərbaycanda sahibkarlığın, o cümlədən qadın sahibkarlığının inkişafına hər zaman dəstək olan AccessBank, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə tərəfdaşlıq çərçivəsində Access2Success layihəsinə dördüncü dəfə start verdiyini elan edir.

Altı həftə ərzində layəhədə iştirak edən sahibkarlar maliyyə, marketinq və strateji planlaşdırma sahələrində yeni biliklər əldə edəcək, bizneslərini inkişaf etdirmək üçün faydalı şəbəkələr qurmaq imkanı qazanacaq, uğurlu sahibkar olmaq üçün peşəkar bacarıqlarını genişləndirəcəklər.

Access2Sucess layihəsində iştirak üçün son müraciət tarixi: 1 noyabr 2025-ci il
Qeydiyyat linki: bit.ly/3IowMu5

AccessBank qadın sahibkarları bu təşəbbüsə qoşulmağa dəvət edir və onların uğur hekayələrinin bir parçası olmaqdan qürur duyur.
Qeyd edək ki, ilk Access2Success layihəsi 2022-ci ildə həyata keçirilib. İştirak üçün 250-yə yaxın müraciət qəbul olunub, onlardan 53 qadın təlimlərdə iştirak edib. 2023-cü ildə keçirilən Access2Success-2 layihəsində 250-dən çox müraciətdən seçilən 50 qadın qatılıb. 2024-cü ildə isə 50 qadın biznesin idarə edilməsi, satış və marketinq, emosional idarəetmə, liderlik bacarıqları və hüquqi aspektlər üzrə təlimlərdə iştirak edib.

Layihə hər il qadın sahibkarların qarşılaşdığı əsas çətinliklərin – maliyyə əlçatanlığı, məhdud biznes bilikləri və peşəkar inkişaf baryerlərinin – aradan qaldırılmasına dəstək olmağı hədəfləyir.
Paylaşmaq