AccessBank və Bank Respublika arasında olan sövdələşmə
1. Banklar niyə birləşir?
Bu birləşmə iki güclü təşkilatı bir araya gətirərək daha geniş imkanlara, təkmilləşdirilmiş məhsul və xidmətlərə, eləcə də uzunmüddətli perspektivdə müştərilərə daha geniş dəstək göstərmək imkanına malik daha güclü maliyyə institutu yaratmağa imkan verəcək.
2. Müştərilər hər hansı addım atmalıdırmı?
Xeyr. Hazırkı mərhələdə müştərilərdən hər hansı addım atılması tələb olunmur. AccessBank-ın fəaliyyətində heç bir dəyişiklik yoxdur. Gələcəkdə müştərilər tərəfindən hər hansı addımın atılması zəruri olarsa, bu barədə onlar əvvəlcədən və müvafiq qaydada məlumatlandırılacaqlar.
3. Hesab nömrəm dəyişəcəkmi?
Xeyr. Hazırkı mərhələdə hesab nömrələrində və bank xidmətləri üzrə mövcud şərtlərdə heç bir dəyişiklik yoxdur. Gələcəkdə hər hansı dəyişiklik zəruri olarsa, müştərilər bu barədə əvvəlcədən məlumatlandırılacaq və onlara aydın təlimatlar təqdim ediləcək.
4. Debit və ya kredit kartım işləməyə davam edəcəkmi?
Bəli. Bütün kartlar adi qaydada işləməyə davam edəcək.
5. Onlayn bankçılıq və ya mobil tətbiqdə dəyişiklik olacaqmı?
Xeyr. Rəqəmsal bankçılıq xidmətləri adi qaydada fəaliyyətini davam etdirir. Gələcəkdə hər hansı dəyişiklik tələb olunarsa, müştərilər əvvəlcədən məlumatlandırılacaq.
6. Kreditimlə bağlı nə baş verəcək?
Heç bir dəyişiklik olmayacaq. Mövcud kredit müqavilələri, o cümlədən ödəniş qrafikləri, faiz dərəcələri və digər müqavilə şərtləri tam qüvvədə qalır. Müştərilər ödənişlərini əvvəlki qaydada davam etdirməlidirlər.
7. Əmanətimlə bağlı nə baş verəcək?
Heç bir dəyişiklik olmayacaq. Əmanət müqavilələri mövcud şərtlərlə, o cümlədən müddət bitmə tarixləri və tətbiq olunan faiz dərəcələri ilə qüvvədə qalır.
8. Həm AccessBank-da, həm də Bank Respublika-da əmanətim varsa və bu əmanətlərin ümumi məbləği 100 000 AZN-dən çoxdursa, əmanətlərim sığortalı qalacaqmı?
Bəli. Əməliyyat tamamlanana qədər AccessBank və Bank Respublika ayrı-ayrı və müstəqil banklar kimi fəaliyyətini davam etdirəcək. Buna uyğun olaraq, hər bir bankda yerləşdirilmiş əmanətlərə tətbiq olunan əmanətlərin sığortalanması qaydaları ayrıca tətbiq olunmağa davam edəcək.
Əməliyyat prosesi irəlilədikcə mütəmadi olaraq yeniliklər təqdim ediləcək. Müştərilərin məhsulları, xidmətləri və ya əmanətləri ilə bağlı hər hansı dəyişiklik olarsa, yaxud müştərilərdən hər hansı addım tələb edilərsə, bu barədə onlar əvvəlcədən məlumatlandırılacaqlar.
9. Birləşmə ilə əlaqədar komissiya haqları və ya faiz dərəcələri dəyişəcəkmi?
Xeyr. Mövcud müqavilə şərtləri dəyişməz qalır. Gələcəkdə məhsullar üzrə hər hansı dəyişiklik olarsa, bu barədə ayrıca məlumat veriləcək və dəyişikliklər Bankın mövcud prosedurlarına uyğun həyata keçiriləcək.
10. Bank filialları bağlayacaqmı?
Xeyr. Bütün filiallar fəaliyyətini davam etdirəcək. Müştərilər əvvəlki kimi öz filiallarına müraciət edə və bank xidmətlərindən adi qaydada yararlana bilərlər. Gələcəkdə hər hansı dəyişiklik planlaşdırılarsa, müştərilər əvvəlcədən məlumatlandırılacaqlar.
11. AccessBank müştərilərinə Bank Respublika filiallarında xidmət göstərilməsi mümkün olacaqmı?
Xeyr. Müştərilərə xidmət göstərilməsi AccessBank filiallarında əvvəlki qaydada davam etdiriləcək və hazırkı mərhələdə bu baxımdan heç bir dəyişiklik nəzərdə tutulmur. Birləşmə ilə bağlı bütün mümkün yeniliklər və prosesin gedişatı barədə müştərilər vaxtında məlumatlandırılacaqlar.
12. Müştəri menecerim dəyişəcəkmi?
Hazırda hər hansı dəyişiklik planlaşdırılmır. Gələcəkdə hər hansı dəyişiklik fərdi müştərilərə təsir edərsə, bu barədə onlarla birbaşa əlaqə saxlanılacaq.
13. Yeni kredit əldə etmək və ya yeni hesab açmaq imkanım olacaqmı?
Bəli. Bank bütün məhsul və xidmətlərini təqdim etməyə davam edir. Kreditlər, əmanətlər, hesablar, kartlar və digər bank xidmətləri üzrə müraciətlər adi qaydada qəbul edilir və icra olunur.
14. Birləşmə nə vaxt baş verəcək?
Əməliyyat bütün zəruri tənzimləyici təsdiqlərin alınmasından və sövdələşmənin yekunlaşdırılması üçün nəzərdə tutulan şərtlərin yerinə yetirilməsindən asılıdır. Birləşmənin 2027-ci ildə tamamlanması planlaşdırılır.
15. Hər hansı dəyişiklik olarsa, bunu necə öyrənə bilərəm?
Müştərilərə təsir edən hər hansı dəyişiklik olarsa, Bank bu barədə rəsmi kommunikasiya kanalları vasitəsilə aydın şəkildə və əvvəlcədən məlumat verəcək. Müştərilərə hər hansı dəyişikliyi anlamaq və zərurət yaranarsa, tələb olunan addımları atmaq üçün kifayət qədər vaxt veriləcək.
16. Əlavə suallarım olarsa, kimə müraciət edə bilərəm?
Əlavə suallarınız olarsa, AccessBank ilə əlaqə saxlaya bilərsiniz. Əlaqə məlumatları Bankın rəsmi veb-saytında təqdim olunub.