Kreditlər
Depozitlər
Kartlar
Onlayn xidmətlər
Digər xidmətlər
AZ
EN RU

Korporativ İdarəetmə

AccessBank-da risklərin idarə edilməsi barədə ümumi məlumat

Risklərin idarə edilməsi Bankın biznes fəaliyyətinin ayrılmaz hissəsidir. Bank strateji baxış çərçivəsində, risk profilinə adekvat risklərin idarə edilməsi sisteminin yaradılmasını təmin edir.

Risklərin idarə edilməsi, həmçinin, aşağıdakı məqsədlərlə həyata keçirilir:
  • Qəbul olunmuş risk səviyyəsinin aşkarlanması, ölçülməsi və müəyyən olunması;
  • Bank fəaliyyətinin bütün istiqamətlərində risk/mənfəətlilik əmsallarının optimallaşdırılması;
  • Risklərin, Bankın maliyyə sabitliyinə, eləcə də onun kreditorlarının və əmanətçilərinin maraqlarına təhlükə yaratmayacağı səviyyədə saxlanması;
  • Bankın bütün əməkdaşları tərəfindən, Bankın normativ-hüquqi aktlarına, təsisçilik və daxili sənədlərinə riayyət olunmasına nəzarət;
  • Bank üçün mənfi hallar yarandıqda Bankın üzləşdiyi risklərin minimuma endirilməsi.

Risklərin qiymətləndirilməsi prosesi bankın tərtib etdiyi risk xəritəsində əhatəli şəkildə öz əksini tapmışdır.

Bankda biznes kreditləri üzrə borcalanların qiymətləndirilməsi zamanı borcalanların maliyyə göstəriciləri, kredit tarixi, girov təminatı, kreditin təyinatı, borcalanın biznes fəaliyyətində təcrübəsi, boraclana təsir edən bazar amilləri və xarici amillər nəzərə alınır. Borcalanların istehlak kreditləri üzrə qiymətləndirilməsi bankdaxili qaydalar və skorinq sistemi üzrə həyata keçirilir.

Bankda risklərin idarə edilməsi sistemi

I müdafiə xətti. Bu bloka bankın müştərilərinə xidmət göstərən, məhsul və xidmətlərin inkişafını həyata keçirən struktur bölmələr, habelə bankın filial və şöbələri daxildir. Birinci müdafiə xəttinin əsas vəzifəsi optimallaşdırma, o cümlədən resursların bölüşdürülməsi və prioritetləşmə qərarları vasitəsilə risklərin müəyyənləşdirilməsindən başlayaraq bütün mərhələləri əhatə edən risklərin idarə olunmasıdır.

II müdafiə xətti. Bu bloka bankda risklərin idarə edilməsi, hüquqi və komplayens risklərinin idarə edilməsi fuksiyasını həyata keçirən struktur bölmələr daxildir. İkinci müdafiə xəttinin əsas vəzifəsi risklərin idarə edilməsi üzrə çərçivələrin, prinsiplərin, limitlərin müəyyən edilməsi, risk qiymətləndirilməsinin aparılması, risk monitorinqlərinin keçirilməsi və nəticələr barədə hesabatların hazırlanmasından ibarətdir.

III müdafiə xətti. Bu blok birinci və ikinci müdafiə xəttini qiymətləndirmək səlahiyyəti olan müstəqil daxili audit bölməsindən və kənar auditorlardan ibarətdir. Daxili audit bölməsi prosedur və mexanizmlərin effektiv və təkmil olması, habelə onların uyğun şəkildə icrasının risk əsaslı və ümumi auditini həyata keçirir.

Risklərin idarə edilməsi üzrə bankın siyasəti

AccessBank-nın Risklərin idarə edilməsi siyasəti, bankın fəaliyyətində meydana çıxan risklərin aşkarlanması, təhlil edilməsi və məhdudlaşdırılması üçün nəzərdə tutulub.

Bu siyasət banklara nəzarət üzə Bazel Komitəsinin təklifləri, Azərbaycan Respublikasının qanunvericiliyi, o cümlədən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının “Banklarda risklərin idarə olunması haqqında Qaydalar”ı və digər normativ xarakterli aktları, eləcə də Bankın Nizamnaməsi və daxili prosedurları əsasında hazırlanmışdır.

Bankda risklərin azaldılması üzrə prioritet istiqamətlər və aparılan nəzarət tədbirləri aşağıdakı kimidir:
  • Bankda risklərin azaldılması siyasətinə uyğun olaraq risklərin iştahası müəyyən edilir;
  • Risklərin azaldılması istiqamətində müəyyən limitlər təyin olunur və əsasən kredit, likvidlik, bazar riskləri üzrə həyata keçirilir. Limitlərin məqsədi risklərin qabaqcadan qarşısının alınması və bank işinin effektivliyinin təmin edilməsidir. Risklərə nəzarət bankın Müşahidə Şurası tərəfindən təsdiqlənən risk limitləri çərçivəsində həyata keçirilir;
  • Bankda risklərin idarə edilməsinə nəzarət hər bir şöbənin daxili qaydalarına və Riskləri İdarəetmə Komitəsinin təlimatlarına uyğun aparılır. Risklərə gündəlik nəzarət Bankın daxili şöbələri tərəfindən həyata keçirilir. Daxili şöbələrə əməliyyat dəstəyi Bankda mövcud olan Risklərin İdarəedilməsi departamenti tərəfindən həyata keçirilir;
  • Bununla yanaşı Daxili Audit departamenti tərəfindən il ərzində bu istiqamətdə yoxlamalar aparılır;
  • Risklərin İdarəedilməsi departamenti tərəfindən Baş Ofisə filiallardan daxil olan kredit təkliflərinə baxılır və onlara nəzarət baxışları keçirilir; mütəmadi olaraq filiallar tərəfindən verilən kreditlərin monitorinqi keçirilir və zəruri olduqda filiallarda gecikmələr üzrə kredit komitələri keçirilir və işin yekunlarına dair hesabat hazırlanır;
  • Erkən xəbərdarlıq sisteminin vasitəsilə bank fəaliyyətində istifadə olunan müxtəlif əmsalların müəyyən edilmiş limitlərə yaxınlaşması nəticəsində yarana biləcək risklər barədə rəhbərliyə məlumatlar verilir və risklərə nəzarət edilir;
  • Aparılan monitorinqlər zamanı müəyyən olunmuş limit səviyyələrinin pozulması aşkarlanarsa bank tərəfindən zəruri tədbirlər həyata keçirilir və bu sahədəki risklər nəzarətdə saxlanılır;
  • Hər bir risk üzrə təhlillər aparılır və nəticələri barədə Bankın İdarə Heyyəti və Müşahidə Şurasına təqdim olunur;
  • Mərkəzi Bankın müəyyən etdiyi qaydalara uyğun olaraq aktivlər və öhdəliklər üzrə ehtiyyatlar yaradılır.

Bankın buraxdığı səhmlər haqqında məlumat (növü, dövlət qeydiyyatı nömrəsi, nominal dəyəri, səhmdarların hüquqları)

Qiymətli kağızların növü: adi səhm
Qiymətli kağızların buraxılışının qeydiyyat nömrəsi/Beynəlxalq eyniləşdirmə kodu: AZ1005004283
Qiymətli kağızların nominal dəyəri: 4 manat 25 qəpik

Bankın Səhmdarların Hüquqları:
  • Bankın idarə edilməsində Azərbaycan Respublikasının qanunvericiliyi və Bankın nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək;
  • Bankın idarəetmə və icra orqanlarına seçmək və seçilmək;
  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Bankın fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq;
  • Səhmdarlarının Ümumi Yığıncağının çağırılmasını tələb etmək;
  • Səhmdarlarının Ümumi Yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək;
  • Səhmdarlarının Ümumi Yığıncağında səsvermə hüququ ilə iştirak etmək (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun iclas protokolunun surətini tələb etmək;
  • Bankın fəaliyyətinin auditor tərəfindən yoxlanılmasını tələb etmək;
  • Bankın xalis mənfəətindən dividend almaq;
  • Bankın fəaliyyətinə xitam verildikdə, onun kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazılı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra onun yerdə qalan əmlakının müəyyən hissəsini almaq;
  • Azərbaycan Respublikasının Mülki Məcəlləsində və Bankın nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malikdir.