Korporativ İdarəetmə

Mükafatlandırma siyasəti

Mükafatlandırma sisteminin prinsipləri

Bankın mükafatlandırılma sistemi aşağıdakı prinsiplər əsasında qurulub:
  • Adekvatlıq – qanunvericiliyə, qabaqcıl beynəlxalq təcrübəyə və Bankın strategiyasına adekvat olması;
  • Ədalətlilik- dəqiq ölçülmüş meyarlar əsasında obyektiv qiymətləndirmə ilə işçinin əməyinin ədalətli ödənişi. Ödənişlərinin müəyyən edilməsində hər hansı bir diskriminasiyaya yol verilməməsi;
  • Balanslaşma- bütün növ mükafatların əsaslandırılmış və nəticəyə əsaslanan ödəniş balansı yaratmağa, həm fərdi, həm də kollektiv əməyi stimullaşdırmağa yönəlməsi;
  • Səmərəlilik- mükafatlandırmaya yönəldilən xərclərin Bank üçün adekvat səmərə gətirməsi;
  • Uyğunluq- Mükafatlandırma sisteminin əmək bazarı səviyyəsinə uyğunluğu;
  • Şəffaflıq –Mükafatlandırma siyasəti ilə bağlı məlumatların həm işçilərə açıqlanması.