Siyahıya keçmək

İstehlak krediti nədir?

İstehlak krediti (ehtiyac krediti) banklardan və ya kredit təşkilatlarından şəxsi məqsədlər üçün alınan nağd kredit növüdür və sizə məişət texnikası, ev təmiri, tibbi xərclər, səyahət və ya təhsil kimi xərclər üçün əlavə maliyyə dəstəyi verir. Kredit almaq üçün müraciət etdikdə ilk öncə gəlir göstəriciləriniz, əmək müqaviləniz və şəxsiyyət vəsiqəsi kimi sənədlər təqdim olunur; adətən girov və ya zamin tələb olunmur.

Əgər sizə tecili kredit lazımdırsa AccessBank-da istehlak krediti üçün müraciət prosesi sadə və sürətlidir. İstehlak krediti adətən fərdi şərtlərdən asılıdır, yəni kreditin məbləği, müddəti və sizə təklif olunan təkliflər sizin aylıq ödənişlərinizi formalaşdırır.Bu kredit növünün üstün cəhəti odur ki, siz böyük miqdarda əvvəlcədən yığılan vəsaitə ehtiyac duymadan, lazım olan pulu bankdan vaxtında ala və xərclərinizi rahatlıqla ödəyə bilərsiniz. AccessBank sizə 48 ayadək müddətlə və 40 000 AZN-dək bank kredit məhsulunu cəmi 10%-dən başlayan illik faizlə təklif edir və online kredit imkanları sayəsində banka gəlmədən müraciət etmək mümkündür.

Kredit kalkulyatoru vasitəsilə faiz dərəcəsini, kredit müddətini və aylıq ödəniş məbləğini öncədən hesablayaraq büdcənizə uyğun plan seçə bilərsiniz.

Müddət
Məbləğ
İllik faiz dərəcəsi

Kreditin illik faiz dərəcəsi iş yeriniz və stajınız, kredit tarixçəniz, bankın daxili prosedurları və digər göstəricilərə əsasən dəyişə bilər.

Kredit müraciətinə Bankın təyin etdiyi minimal əməkhaqqı və iş stajı tələbinə əsasən baxılır

Vergi, Gömrük, Təhsil, Tibb, Prokurorluq və Neft-qaz sahəsində çalışan şəxslərə şamil olunan kredit şərtləri aşağıdakı kimidir:
Kreditin illik faiz dərəcəsi: min. 10%, maks. 17,5%
FİFD: min. 14,64%
Komissiya: 1-4%
Müddət: min. 6, maks. 48 ay

© 2026 «AccessBank» QSC. Bütün hüquqlar qorunur. Bank 25 oktyabr 2002-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 245 saylı lisenziya əsasında Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında fəaliyyət göstərir.