Siyahıya keçmək

Kimlər sığortalana bilməz?

Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”-na əsasən 18-dən aşağı, 65-dən yuxarı yaşı olanlar; narkoloji, psixonevroloji, vərəm, dəri-zöhrəvi dispanserlərdə qeydiyyatda olan şəxslər; Hepatit C, onkoloji, xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr, QİÇS olan xəstələr, İİÇV daşıyıcıları olan xəstələr ilə sığorta müqaviləsində təminat verildiyi hallar istisna olmaqla, sığorta müqaviləsi bağlanılmır. Bundan əlavə, kredit həyat sığortası könüllü sığorta növünə aid edildiyi üçün müraciət ərizəsində qeyd olunan xəstəlik və vəziyyətlərlə bağlı etdiyiniz qeyddən asılı olaraq, həyata keçirilmiş qiymətləndirmə nəticəsində sığorta müqaviləsi bağlamaqla bağlı müraciətiniz qəbul edilməyə bilər.