Kredit müddəti bitdikdən sonra, heç bir bədbəxt hadisə baş verməzsə, sığorta haqqı geri qaytarılacaqmı?
Ödənilən sığorta haqları hesabına sığorta şirkəti müştərilərini kredit müqaviləsi qüvvədə olduğu müddət ərzində təminat altında saxlayır, sığorta hadisəsi baş verərsə, sığorta ödənişlərini həyata keçirir, həmçinin digər xərclərini də həmin haqlar hesabına ödəyir. Yəni müqavilə qüvvədə olduğu müddət ərzində sizin ödədiyiniz sığorta haqqı istifadə olunduğu üçün müqavilə bitən zaman hər hansı geri qaytarılma olmur.