Mükafatlar

Yaradıldığı gündən etibarən AccessBank yüksək keyfiyyətli bank xidmətləri göstərməyə çalışır. Dəqiqlik, şəffaflıq və uğurlu biznes prinsiplərinə əsaslanaraq Bank ən yaxşı bank xidmətlərinin göstərilməsi və müştərilərə yeni bank məhsullarının təqdim olunması üzrə lider olduğunu sübut etməyi bacarıb. AccessBank-ın etibarlı və dinamik maliyyə təşkilatı qismində nüfuzu, müştərilərin tələbatının yüksək səviyyədə ödənilməsinə və bankın ən vacib məqsədlərinə nail olmağa kömək etməklə bərabər, həm də bankın aparıcı maliyyə təşkilatı qismində beynəlxalq aləmdə tanınmasına şərait yaradır.

"Recognition by ACCA"
AccessBank rəsmi olaraq Beynəlxalq Sertifikatlı Mühasiblər Assosiasiyası (ACCA) tərəfindən Təsdiqlənmiş İşəgötürən kimi tanınıb! Bu tanınma, peşəkar inkişafda güclü öhdəliyimizi, beynəlxalq standartlara uyğunluğu və əməkdaşlarımızın bilik və bacarıqlarının artırılmasına davamlı dəstəyimizi əks etdirir. Bu nailiyyət münasibətilə komandamızı təbrik edirik və dayanıqlı inkişaf yolunda birlikdə irəliləməyə sadiq qalırıq!
“Banking Awards – 2024”
Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən təşkil olunan “Banking Awards – 2024” mərasimində bank üç nüfuzlu nominasiyada qalib elan olunub: Korporativ Sosial Məsuliyyət Maliyyə Savadlılığının Dəstəkçisi Kiçik və Orta Sahibkarlıq üçün Maliyyə əlçatanlığının yaxşılaşdırılması tədbirlərini həyata keçirən ABA üzvü
"Gender Equality Financing" award
AccessBank gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi sahəsində uğurlu layihə və təşəbbüslərinə görə “Gender Bərabərliyinin Maliyyələşdirilməsi” mükafatına layiq görülüb. Mükafat BMT İnkişaf Proqramı (UNDP) tərəfindən Qadınların İqtisadi Səlahiyyətləndirilməsi Prinsipləri (WEP) əsasında, İsveçrə Əməkdaşlıq Təşkilatının dəstəyi ilə həyata keçirilən “Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində təqdim olunub.
“Banking Awards – 2023”
Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən təşkil olunan “Banking Awards – 2023” mərasimində bank dörd nüfuzlu nominasiyada qalib elan olunub: Korporativ Sosial Məsuliyyət Maliyyə Savadlılığının Dəstəkçisi Kiçik və Orta Sahibkarlıq üçün Maliyyə əlçatanlığının yaxşılaşdırılması tədbirlərini həyata keçirən ABA üzvü Özünüməşğulluq Proqramında iştirak
“Banking Awards"
The Azerbaijan Banks Association (ABA) has announced its traditional “Banking Awards”. AccessBank won the “Most Active Financial Literacy Supporter” nomination in 2022. The bank received the nomination for the Access2Success project it implemented last year. AccessBank implemented this project to improve the competitive business environment for women entrepreneurs. The bank’s goal was to support women who manage micro, small and medium businesses and intend to expand them.