Təlimə qatıl və aparıcı banklardan birinin IT mütəxəssisi ol!
10 Oktyabr 2019
Ali təhsili başa çatdırmısan və IT sahəsində işləməyə marağın var? O zaman vaxt itirmədən AccessBank-ın "Coders League" layihəsinə qatıl!
İtirəcəyin bir şey yoxdur, lakin əldə edəcəklərin çoxdur!
Oktyabr ayının 25-dək müraciət edənlər arasından 15 nəfər seçilərək xarici təlimçilər tərəfindən keçiriləcək Temenos T24 bank sistemi üzrə treninq keçmək imkanı qazanacaq. Sonda isə iştirakçılardan ən yaxşı nəticə göstərmiş 5 nəfər T24 developer vəzifəsinə işə götürüləcək.
Qeyd edilən tarixədək mövzü xanasına "Coders League" yazaraq CV formanızı elektron poçt ünvanına göndər və sən də bizim liqaya qoşul! Ölkənin aparıcı banklarından birinin mütəxəssisinə çevrilmək şansı öz əlindədir!
Paylaşmaq