myCard Junior

#Rahat #Qazandıran #Uşaqlar #ValideynNəzarəti

myCard Junior övladlarınızın kiçik yaşlarından xərclərini düzgün planlamaq və idarə etmək üçün uğurlu başlanğıcdır.

Xüsusi dizayna malik kartlar ilə övladlarınız gündəlik alış-veriş, onlayn ödənişlər və nağdlaşdırma əməliyyatları apara biləcəklər. Siz isə bütün əməliyyatlardan xəbərdar olacaqsınız. Kart istehsalçısı seçimində də sərbərstsiniz – myCard-ı Visa olaraq əldə edə bilərsiniz. myCard Junior kartları 7-17 yaş aralığında olan uşaqlar üçün nəzərdə tutulub.

Üstünlüklər

Kartınızın PİN kodunu istəyinizə uyğun və yadda qalan şifrə ilə əvəz etmək - ödənişsiz
Tərəfdaş şəbəkələrində aparılan alış-verişə görə 30%-dək Cashback
İstənilən sorğularınız üçün sizə 24/7 yardım göstərən assistant xidməti
Övladlarınızın kart üzrə istər onlayn istifadə, istərsə də kart üzrə nağdlaşdırma limitlərini rahatlıqla idarə etmə imkanı.

Kəşbək

Kəşbək kategoriyaları
Ətraflı
Marketlər – 5%
Supermarketlər, marketlər, çörəkxanalar və ərzaq mağazaları
Kafe və restoranlar – 5%
Kafe, Restoran, Qida çatdırılma
Geyim və aksessuarlar – 5%
Geyim, ayaqqabı və aksesuar mağazaları
Kinoteatrlar – 5%
Aptek – 5%
Gül dükanları – 5%
Zoomaqazinlar – 5%
Baytarlıq dükanları və klinikalar
Gözəllik və SPA – 5%
Kosmetika, gözəllik salonları, masaj və spa
Sport – 5%
İdman geyimləri və idman avadanlıqları mağazaları
Əyləncə – 5%
Teatr, konsertlər, rəqslər, boulinq, bilyard, əyləncə parkları, zooparklar və akvariumlar

Təfərrüatlar

  • Cashback üzrə kateqoriya ayda 1 dəfə seçilir və növbəti ayda dəyişdirilə bilər.
  • Cashback yalnız seçilən kateqoriya üzrə ödənilir.
  • Cashback üzrə plan tərtib olunmur.
  • Seçilən kateqoriya üzrə qazanılan cashback myAccess mobil tətbiqində görünəcək.
Tariflər
Xidmətlər
Cashback 30%-dək
PİN dəyişdirmə ödənişsiz
Qiyməti 20 AZN / min. 500 AZN mədaxil edildikdə PULSUZ
myAccess ödənişsiz
AccessQazanc xidməti ödənişsiz
Ölkədaxili ATM nağdlaşdırma 0%*
Konvertasiya 1,5%

* Ölkədaxili istənilən ATM, digər bank kartlarına card to card, ölkə daxili digər bank hesablarına mədaxil əməliyyatı - 300 AZN qədər komissiyasız.

SMS Banking

SMS Banking xidməti müştəriyə kart hesabının vəziyyəti və kart hesabındakı qalıq haqqında məlumatı müştərinin mobil telefonuna SMS vasitəsilə almaq imkanı yaradır. Hesab üzrə hər hansı bir dəyişiklik olduğu halda (kartla alış-veriş, nağd pul əldə etmək və s.) müştəri mobil telefonuna SMS xəbərdarlıq alır. SMS Banking xidmətini myAccess tətbiqi vasitəsilə asanlıqla aktivləşdirmək mümkündür.

Müddət Komissiya
1 ay 2 azn

3D Secure

3D Secure - internet vasitəsilə edilən əməliyyatlar zamanı dələduzluğunun qarşısını almaq üçün qabaqcıl texnologiyadır. Bank kartın və kart sahibinin etibarlılığını online rejimdə yoxlayır və buna görə yüksək səviyyədə təhlükəsizliyi təmin edir.

Əməliyyatların təhlükəsizliyi kart sahibi tərəfindən əməliyyat zamanı birdəfəlik şifrənin daxil edilməsi ilə təmin olunur. Birdəfəlik şifrə bank tərəfindən avtomatik olaraq SMS şəklində müştərinin mobil telefonuna göndərilir. Kart sahibi şifrəni əməliyyat edən zaman əldə edir və həmin şifrə yalnız bir dəfə istifadə edilir.

Hətta kartın bütün rekvizitlərini bilərək 3D-Secure texnologiysını dəstəkləyən saytda dələduzlar online-rejimində bu xidmətə qoşulmuş kart vasitəsi ilə ödənişi keçirə bilməzlər, çünki SMS yalnız kart sahibinin mobil nömrəsinə yönləndiriləcək.

Xidmət təmənnasız təklif olunur.

Cash by Code

«Cash by code» - tez, rahat və təhlükəsiz şəkildə günün istənilən vaxtında kart sahibi tərəfindən kartdan pul vəsaitlərinin bankomat vasitəsi ilə köçürülməsi və bank kartı olmayan şəxs tərəfindən həmin vəsaitlərin əldə edilməsidir. Bu xidmətin istifadəsi üçün vəsaiti göndərən tərəf plastik kartı bankomata daxil edib bankomatın menyunsunda «Cash by Code» xidmətini seçməlidir, sonra göndərən tərəf köçürmənin məbləğini və göndərmək istədiyi şəxsin mobil nömrəsini daxil etməlidir.

Sistem 10 rəqəmli iki hissəli kod hazırlayır. Kodun birinci hissəsi (birinci beş rəqəm) köçürməni alanın mobil telefonuna SMS-məlumat kimi göndərilir, ikinci hissəsi isə (sonuncu beş rəqəm) qəbz formasında çap edilir və göndərən tərəfdə qalır. Göndərən tərəf qəbzdə göstərilən kodu köçürməni alan tərəfə məlumat verməlidir. Nağd pulu almaq üçün köçürməni alan tərəf bankomata yaxınlaşıb kodun hər iki hissəsini ardıcıllıqla daxil etməlidir (kodun 1-ci hissəsini SMS vasitəsi ilə əldə edir, 2-ci hissəsini isə göndərən tərəf məlumat verir).

Əməliyyat Qiymət
AccessBank-ın bankomatlarında köçürmənin məbləği
5 AZN-dan 200 AZN-dək (gün ərzində əməliyyatların sayına məhdudiyyət qoyulmur).
Vəsaitin köçürülməsi üçün komissiya haqqı (göndərən tərəfdən)
min 1 AZN-max 1%
Vəsaitin nağdlaşdırılması üçün komissiya haqqı 0%

Card to Card

Card-to-Card xidməti vasitəsi ilə siz həm AccessBank daxilində, həm də MilliKart şəbəkəsinin üzvü olan bütün bankların kartlarına tez və rahat şəkildə pul köçürə bilərsiniz. Göndərdiyiniz pullar 30 dəqiqə ərzində ünvana çatacaq.

Card-to-Card xidməti vasitəsi ilə göndərilən vəsaitlərin həcminə məhdudiyyət qoyulmur.

Card-to-Card əməliyyatı aşağıdakı qaydada həyata keçirilir:
  • Kartı bankomata daxil edin, PIN kodu yazın
  • Bankomatın monitorunda Card-to-Card funksiyasını seçərək, pulu qəbul edən şəxsin kart nömrəsini daxil edin
  • Pulu qəbul edən şəxsin kartının etibarlılıq müddətini göstərin və göndərilən məbləği daxil edin
  • Əməliyyat yerinə yetirilir və sizə qəbz təqdim olunur
Card-to-Card xidmətinin əsas üstünlükləri:
  • Pulköçürmə həftənin 7 günü, 24 saat ərzində mümkündür
  • Sürətli pulköçürmə xidmətlərindən daha sürətli və sərfəlidir
  • Pul 30 dəqiqə ərzində kart hesabına köçürülür
  • Köçürülən məbləğə məhdudiyyət qoyulmur
  • Pulu köçürərkən banka gəlməyə ehtiyac yoxdur
Xidmətin tarifi
Göndərən Kartın növü Alan Kartın növü
Maaş kartı Debet kartı Kredit kartı Millikart daxili
Maaş kartı X 0
Debet kartı X 0,5% (min. 1 AZN/USD/EUR)
Kredit kartı X 1% (min. 1 AZN/USD/EUR)

*Komissiya göndərən kartdan tutulur

PIN change

Bu xidmət plastik kartın PIN- kodunu dəyişməyə imkan yaradır.

PIN Change xidmətini günün istənilən vaxtı yalnız AccessBank-ın kartları üzrə və bankın bankomatlarında həyata keçirmək mümkündür.

PIN Change əməliyyatı aşağıda göstərilən qaydada həyata keçirilir:
  • Ödəniş kart sahibi kartı bankomata daxil edərək PIN-кodu yazır
  • Bankomatın monitorunda «PIN Change» funksiyasını seçir
  • Yeni PIN- kodu daxil edir
  • Sonra PIN-kodu təsdiq edir
  • Ardınca PIN-kodun dəyişdirilməsi əməliyyatı aparılır
Card-to-Card xidmətinin əsas üstünlükləri:
  • Pulköçürmə həftənin 7 günü, 24 saat ərzində mümkündür
  • Sürətli pulköçürmə xidmətlərindən daha sürətli və sərfəlidir
  • Pul 30 dəqiqə ərzində kart hesabına köçürülür
  • Köçürülən məbləğə məhdudiyyət qoyulmur
  • Pulu köçürərkən banka gəlməyə ehtiyac yoxdur

Xidmətin qiyməti - 0 AZN

myAccess - həyatı asanlaşdırır

myAccess-lə istənilən növ bank əməliyyatlarınızı daha rahat idarə edin. Zaman və məkandan asılı olmayaraq daima yanınızda!

5 dəqiqəyə kart sifarişi edin

Kart haqqında

Qiymət:

İstifadəçi haqqında

Şəxsiyyət vəsiqənin kodunun son 7 işarəsi (axırıncı işarə istisna olmaqla)
Övladınızın şəxsiyyət vəsiqənin kodunun son 7 işarəsi (axırıncı işarə istisna olmaqla)
latın qrafikası ilə, maksimum 20 işarə
Davam etmək üçün şərtləri qəbul etməlisiniz

Çatdırma

Kartın çatdırılması yalnız Bakı şəhəri ərazisində mümkündür. Əks halda lütfən «Filialdan» variantını seçin»

    Səhifə üzrə məzmun sizə faydalı oldumu?

    myCard – la bitməyən üstünlüklər fürsətini əldən verməyin!

    AccessBank – ın ATM – lərində komissiyasız nağdlaşdırma, myAccess tətbiqi ilə kart to kart (card to card) əməliyyatından yararlanın. Kart to kart (card to card) əməliyyatdan yanaşı AccessBank – dan Visa kart və ya Master kart almaq isə olduqca sadədir. İstər Visa kart istərsə də Master kart növləri üçün kartı onlayn debet kart sifarisi edin, olduğunuz ünvana kartı ödənişsiz çatdıraq*. AccessQazanc üzrə kart partnyorlar şəbəkəsində 30% dək kəşbək (cashback) əldə edin.

    *Xidmət, yalnız Abşeron ərazisi üçün keçərlidir.

    Digər kart məhsulları

    myCard White

    Ətraflı

    myCard Black

    Ətraflı