OK Kart – Faizsiz Kredit Kartı

0% kredit
30 günədək komissiyasız
400 AZN
Minimal əməkhaqqı ilə
Limitsiz kəşbək
Bütün kateqoriyalar üzrə 5% - dək

Arzuların cavabı OK Kart: 0% komissiya və limitsiz keşbək

Əzizim!
Paltaryuyan maşın xarab oldu.
Yenisini ala bilərik?
Ok*
* Əlbəttə, bunun üçün var
Tez
Minimum sənədlərlə kredit

Tək şəxsiyyət vəsiqəsi kifayətdir

Əlçatan
3 000 AZN-dək kredit

İş yerindən asılı olmayaraq faizsiz kredit xətti

Aydın
Faiz yoxdur! Komissiyanı rahat hesabla

Asan borc hesablanması üçün sabit komissiya

Hesablama cədvəli

Hər alışda kəşbək qazan

5%

-dək bütün kateqoriyalar üzrə limitsiz kəşbək

30%

-dək tərəfdaş şəbəkəsi üzrə kəşbək

Əlavə xərcləri olmayan kart

Hər şey minimum xərclə!
0 ₼

Qiymət

0 ₼

İllik xidmət haqqı

0 ₼

SMS bankçılıq

OK Kartı necə əldə edə bilərəm?

1
Sorğunu doldur
Tez. Əlavə sənədə ehtiyac olmadan.
2
Təsdiq al
Daxil etdiyiniz məlumatları dəqiqləşdirmək üçün operator sizinlə əlaqə saxlayacaq
3
OK Kart Sənindir!
Kartı ən yaxın filialdan götürə bilərsən

Elə indi OK kartı sifariş et!

OK kartdan istifadə

Komissiyanın hesablanması
Tariflər

OK kartdan istifadə şərtləri

Əsas şərtlər:
  • Xərclənən hər tam və ya natamam 200 AZN üçün aylıq 5 AZN komissiya hesablanır.
  • Komissiya – xərclənən məbləğ istifadə olunduğu ayın son iş gününə qədər ödənilmədikdə hesablanmağa başlayır.
Qeyd:

Əgər ayın sonu qeyri-iş gününə düşərsə, ödənişin tarixi sonrakı ilk iş gününə keçirilir.

Nümunə:

Aşağıdakı cədvəldə OK kartdan istifadə zamanı komissiyanın tətbiq olunma şərtləri ilə bağlı nümunə ilə tanış ola bilərsiniz:

- 200 ₼
- 200 ₼
3 yanvar
Müştəri OK kartdan 200 AZN məbləğində istifadə edir. Borc: -200 AZN
- 5 ₼
- 205 ₼
1 fevral
Ay başa çatdığı üçün istifadə olunmuş borc növbəti aya keçir. Bu zaman aylıq istifadə haqqı hesablanır. Aylıq istifadə haqqı: -5 AZN. Yekun borc: -205 AZN
+ 5 ₼
- 200 ₼
20 fevral
Müştəri yalnız xidmət haqqını (5 AZN) ödəyir. Yekun borc: -200 AZN (əsas borc hələ qalır)
- 5 ₼
- 205 ₼
1 mart
Fevral ayı da başa çatdığı üçün əsas borc növbəti aya keçir və yenidən aylıq istifadə haqqı hesablanır. Aylıq istifadə haqqı: -5 AZN. Yekun borc: -205 AZN
+ 205 ₼
0 ₼
25 mart
Müştəri əsas borcu və xidmət haqqı daxil olmaqla ümumilikdə 205 AZN məbləğində ödəniş edir. Yekun borc: 0 AZN

Tariflər

Kəşbək 30%-dək
PİN dəyişdirmə pulsuz
SMS bildirişlər pulsuz
Qiymət pulsuz
myAccess pulsuz
AccessQazanc xidməti pulsuz

Tez-tez verilən suallar

Kredit xəttindən necə istifadə edə bilərəm?
OK kartla sizə təqdim olunmuş kredit limiti çərçivəsində istənilən vaxt ödəniş, nağdlaşdırma və digər əməliyyatlar edə bilərsiniz. Limit daxilində istifadə tam sərbəstdir.
Əgər borcu ayın sonunadək tam ödəsəm, əlavə ödəniş olur?
Xeyr. Ay ərzində istifadə etdiyiniz borcu həmin ayın son iş günü saat 12:00-dək tam şəkildə ödəsəniz, heç bir faiz və ya xidmət haqqı tətbiq olunmur.

Nümünə:
Tutaq ki, yanvarda 400 AZN istifadə etmisiniz. Əgər bu məbləği yanvarın31-i saat 12:00-dək tam geri ödəsəniz — əlavə ödəniş yoxdur.
Borcu cari ayın sonuna dək ödəyə bilməsəm nə baş verir?
Əgər borc növbəti aya keçərsə, faiz tətbiq olunmur. Sadəcə, hər 200 AZN üçün 5 AZN sabit aylıq istifadə haqqı hesablanır. Xidmət haqqını ödəyərək borcunuzu kredit xəttinin bitmə müddətinə dək üzada bilərsiniz.

Nümunə:
430 AZN üçün 15 AZN aylıq istifadə haqqı tətbiq olunacaq.
Xidmət haqqı tətbiq edildikdən sonra 1 ay ərzində ödəməlisiniz.
Kredit xəttindən pul çıxarsam və ya köçürsəm, nə qədər komissiya tutulur?
Nağdlaşdırma və digər hesaba köçürmə (maliyyə əməliyyatları) zamanı əməliyyat məbləğinin 2%-i komissiya olaraq tutulur və borc məbləğinə əlavə edilir.

Nümunə:
500 AZN nağdlaşdırma etdikdə 10 AZN komissiya tutulur. Ümumi borc 510 AZN olacaq.
Minimal aylıq ödəniş nə qədərdir?
Minimal aylıq ödəniş yalnız xidmət haqqından ibarətdir.
Ödənişi vaxtında etməsəm nə baş verir?
Minimal ödənişi 1 ay ərzində etməsəniz, kredit xətti bloklanır. Ödəniş etdikdən sonra həmin günün sonunda aktivləşir . Gecikmə 30 gün ardıcıl davam edərsə, Bank limitinizi sıfırlaya bilər.
Borcumu necə ödəyə bilərəm?
Ödənişləri aşağıdakı kanallarla edə bilərsiniz:
  • MyAccess tətbiqi (AccessBank və ya digər bank kartı ilə)
  • 24/7 Cash-in terminalları
  • E-manat və MilliÖn
Borcumu MyAccess-də necə yoxlaya bilərəm?
  1. MyAccess tətbiqində “Kartlar” bölməsinə keçin
  2. OK kartınızı seçin
  3. Sağ yuxarıdakı “i” işarəsinə klikləyin
  4. Açılan pəncərədə borc məbləği, mövcud limitkomissiya haqda məlumat görünəcək

Diqqət: Card-to-Card ödənişi balansı artırır, amma komissiya və ya borc ödənişi kimi hesablanmır!
Apple və Google Pay istifadə edə bilərəm?
Bəli, OK kartınızı Apple Pay və Google Pay-ə əlavə edərək rahat alış-veriş edə bilərsiniz.
MyAccess tətbiqini niyə yükləməliyəm?
MyAccess tətbiqi vasitəsilə siz
  • Borcunuzu real vaxtda izləyə bilərsiniz
  • Gecikmələrin qarşısını ala bilərsiniz
  • Ən rahat və təhlükəsiz şəkildə ödəniş edə bilərsiniz
Borc hesablanma komissiyası
Tariflər

OK Kartın istifadə və ödəniş nümunəsi

Borc Komissiya* Gecikmə üzrə komissiya**
< 200 ₼ 6 ₼ 6 ₼ + 5% illik
< 600 ₼ 16 ₼ 16 ₼ + 5% illik
< 1000 ₼ 24 ₼ 24 ₼ + 5% illik
< 1400 ₼ 32 ₼ 32 ₼ + 5% illik
< 1700 ₼ 37 ₼ 37 ₼ + 5% illik
< 2000 ₼ 42 ₼ 42 ₼ + 5% illik
< 2500 ₼ 52 ₼ 52 ₼ + 5% illik
< 3000 ₼ 60 ₼ 60 ₼ + 5% illik

* Cari ay üzrə borc məbləği ödənilmədikdə yarana biləcək xərc
** Güzəşt müddətindən sonrakı dövrdə növbəti bir ay ərzində komissiya ödənilmədikdə yarana biləcək əlavə xərc

Tariflər

Kəşbək 30%-dək
PİN dəyişdirmə pulsuz
SMS bildirişlər pulsuz
Konvertasiya 1,5%
Qiymət pulsuz
myAccess pulsuz
AccessQazanc xidməti pulsuz

OK Kredit kartı və üstünlükləri - Faizsiz alış-veriş və limitsiz cashback imkanları

OK Kredit kartı bankın müştəriyə təqdim etdiyi maliyyə məhsuludur və onun köməyi ilə həm gündəlik alış-verişlərdə, həm də onlayn əməliyyatlarda ödəniş etmək mümkündür. Bank kredit kartı yalnız mövcud pul vəsaiti ilə məhdudlaşmır, əlavə kredit limiti təqdim edir və bu səbəbdən də kredit kartlari insanlara daha çevik maliyyə idarəçiliyi imkanı yaradır, üstəlik AccessBank-ın OK kredit kartında xərcləmələr üçün 30 günədək güzəşt müddəti və limitsiz cashback qazanmaq imkanı mövcuddur. Azərbaycanda kredit kartlari haqqinda melumat axtaran müştərilər üçün əsas sual kartın istifadədə hansı üstünlükləri verməsidir. Bu səbəbdən insanlar daha çox gündəlik alış-verişdə cashback qazandıran serfeli kredit kartlari ilə maraqlanır.

Onlayn kredit kartı sifarişi - Tez və rahat müraciət imkanı

OK Kredit karti sifarisi üçün bank filialına artıq getməyə ehtiyyac yoxdur. İndi Siz onlayn kredit kartı xidmətləri ilə kredit kartlari sifarisi daha sürətli və rahat şəkildə həyata keçirilir. Onlayn kart sifarisi zamanı əlavə vaxt itirmədən rahatlıqla OK kredit kartı sifarişinizi edə bilərsiniz. Mütəxəssislərimiz tərəfində sorğunuz elə onlayn şəkildə emal olunaraq qısa zamanda Sizə ayrılacaq kredit kartı məbləği haqqında məlumat verir. OK Kredit kartının özü isə Abşeron üzrə ünvanınıza çatdırılma ilə təqdim olunur. Onlayn kredit kartı xidmətləri müştərilərə vaxt qənaəti ilə yanaşı, daha rahat müraciət prosesi təqdim edir.

OK Kart balansının yoxlanılması - Mobil tətbiq və internet banking ilə 24/7 nəzarət

Müştərilər üçün ən vacib məsələlərdən biri kart balansı yoxlamaq imkanının rahat olmasıdır. İstər mobil telefonla, istərsə də bank kart vasitəsilə bankomatda bu əməliyyatı yerinə yetirmək mümkündür. AccessBank-ın “myAccess” mobil tətbiqi və ya internet banking vasitəsilə 24/7 olaraq OK kredit kartının balansına nəzarət etmək olar. Bank kredit kartı istifadəçiləri də eyni rahatlıqla balanslarını istənilən vaxt izləyə bilərlər.

OK Kredit karti ilə onlayn əməliyyatlar - Kartdan karta pul köçürmələrin üstünlükləri

Kredit kartının üstünlüklərindən biri də online pul kocurme imkanıdır. Müştərilər online kartdan karta pul kocurme xidmətindən istifadə edərək saniyələr ərzində istənilən karta vəsait göndərə bilirlər. Bu xidmət gündəlik maliyyə əməliyyatlarını sadələşdirir və kredit kartlari istifadəsini daha da praktik edir. Bundan başqa, sadəcə bir neçə kliklə onlayn OK kart sifarisi verməklə, kart əldə edib bu xidmətlərdən dərhal yararlanmaq mümkündür. Həmçinin bank card istifadəçiləri üçün də bu əməliyyat çox əlverişlidir, çünki bank kart vasitəsilə də online pul köçürmək mümkündür.

Kredit kartı seçərkən nələrə diqqət etməli - Xidmət haqları, faizsiz dövr və cashback şərtləri

Kredit kartlari sifarisi zamanı bir neçə vacib amili nəzərə almaq lazımdır. İlk olaraq illik xidmət haqqı və kredit karti faizsiz dövrünün şərtləri öyrənilməlidir. Həmçinin, kredit kartı balansını yoxlamaq üçün təqdim olunan xidmətlər, pulsuz kart sifarisi imkanı, bank kredit kartı şərtləri və online pul kocurme sürəti də mühüm seçim meyarlarıdır. Müştərilər bütün bu detalları nəzərə alaraq özlərinə ən serfeli kredit kartlari arasından seçim edə bilərlər.

OK Kredit kartları ilə maliyyə azadlığı - Gündəlik xərclərdə çeviklik və rahatlıq

Planlaşdırılmamış xərclər, böyük alış-verişlər və ya sadəcə onlayn əməliyyatlar üçün hər kəsə əlavə rahatlıq lazım ola bilər. Belə hallarda OK kredit kart həyatınızı sadələşdirir və sizə əlavə çeviklik qazandırır. İndi artıq OK kredit karti almaq, onlayn OK kredit karti sifarisi vermək və mobil tətbiq vasitəsilə kart balans yoxlamaq çox asandır. Hətta ehtiyac olduqda saniyələr içində online kartdan karta pul kocurme etmək mümkündür. İstər ən sadə kart, istərsə də daha geniş imkanlar təqdim edən kredit kartları gündəlik maliyyə idarəsini asanlaşdırır. Əgər siz də kredit kartlari və faydaları ilə tanış olub gündəlik büdcənizi daha rahat idarə etmək istəyirsinizsə, AccessBank-ın təqdim etdiyi OK kredit karti sizin üçün faydalı seçim olacaq.


OK kart üzrə istifadə olunmuş məbləği hər ayın sonunadək, saat 12:00-a qədər komissiyasız geri ödəmək mümkündür.

Səhifə üzrə məzmun sizə faydalı oldumu?