AccessBank-dan Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar myCard Junior kartlarına 50% endirim

1 iyun 2024
AccessBank, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar endirim kampaniyası elan edir.  Kampaniya uşaqların maliyyə savadlılığının artırılması və xərclərin məsuliyyətli idarə edilməsi bacarıqlarının formalaşdırılmasına dəstək məqsədi ilə həyata keçirilir.

Uşaqların müdafiəsi gününə həsr olunan kampaniya çərçivəsində  myCard Junior debit kartlarına 50% endirim təklif edilir.  Kampaniya 1 iyun 2024-cü il tarixindən 30 iyun 2024-cü il tarixinədək qüvvədədir.

MyCard Junior debit kartını sifariş vermək üçün linkə keçid edin: https://www.accessbank.az/az/private/cards/mycard/mycard_junior/

Kampaniya çərçivəsində həmçinin, 1 iyun 2024 – cü il tarixindən 15 iyul 2024 – cü il tarixinədək myCard Junior debit kart sahibləri ən azı 10 AZN-lik nağdsız əməliyyatlarda 1 AZN keşbek əldə edəcəklər. Kampaniya üzrə maksimum keşbek məbləği - 5 AZN təşkil edəcək.
Paylaşmaq