AccessBank-dan məktəblilər üçün xeyriyyə aksiyası
16 sentyabr 2022
AccessBank yeni tədris ilinin ərəfəsində Qaradağ rayonunda yerləşən Ümid İcma Mərkəzinin şagirdləri üçün xeyriyyə aksiyası həyata keçirib. Aksiya çərçivəsində ümumilikdə 45-i qız, 55-i oğlan olmaqla 100 şagirdə məktəbli forması, çanta və digər məktəb ləvazimatları təqdim olunub.
AccessBank artıq 20 ildir ki, Azərbaycan bazarında korporativ sosial məsuliyyətli şirkət kimi fəaliyyət göstərir.