AccessBank 2023-ci ilin 1-ci rübü üzrə maliyyə hesabatını açıqlayır

26 aprel 2023

Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2023-cü ilin 1-ci rübü üzrə maliyyə nəticələrini açıqlayır.

Ətraflı məlumat əldə etmək üçün: https://www.accessbank.az/az/our-bank/in-figures/

Bank, 2023-cü ilin 1-ci rübü ərzində də bütün əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirib, biznesin maliyyələşdirilməsində liderlik mövqeyini qoruyub.

-          Kredit portfeli rüb ərzində 7.9% artaraq, 877.9 milyon manata yüksəlib.

-          Kredit portfelinin 76.8%-ni biznesə ayrılmış kreditlər təşkil edir. Rüb ərzində biznes portfeli 6.3% və ya 40.0 milyon manat artıb. Rüb ərzində verilmiş biznes kreditlərinin 50.9%-i regionların payına düşür.

AccessBank-ın mənfəətlilik göstəriciləri də proqressiv artım nümayiş etdirib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə:

-          Faiz gəlirləri 39.1% artaraq, 42.7 milyon manata çatıb. Xalis faiz gəlirləri isə 49.4% artıb və 26.1 milyon manata yüksəlib.

-          Qeyri-faiz gəlirləri 1.4 dəfə artaraq, 4.2 milyon manatı ötüb.

-          Xalis əməliyyat mənfəəti 3.5 dəfə artaraq, 10.6 milyon manata çatıb.

-          Xalis mənfəəti də 2022-ci ilin müvafiq dövrünün nəticəsi ilə müqayisədə 5.8 dəfə artaraq 5.5 milyon manata çatıb.

Bütövlükdə, Bankın aktivləri rüb ərzində 7.8% artaraq, hesabat dövrünün sonunda 1.3 milyard manata çatıb.

-          Eyni zamanda, bankın likvid aktivləri 274.5 milyon manat təşkil edir ki, bu da cəmi aktivlərin 21.8%-i həcmindədir.

-          Depozit portfeli rüb ərzində 10.3% artıb və l rübün sonuna 948.8 milyon manat təşkil edir.

-          Əhalinin müddətli əmanətləri rüb ərzində 5.1% artaraq, 627.5 milyon manata çatıb.

AccessBankın kapital buferi də böyüyüb. Rüb ərzində məcmu kapitalın həcmi 6.4% və ya 6.5 milyon manat artaraq 107.6 milyon manata çatıb ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2 dəfə artıqdır.

           

Keyfiyyətli xidmət, sürətli kreditləşmə Bankın müştəri bazasının daha da genişlənməsini təşviq edir. Hesabat dövrünə cəmi müştərilərin sayı 535 minə yüksəlib.

AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bankın rüblük göstəricilərini şərh edib:” Komandamızın davamlı və güclü fəaliyyətini görməyə şadıq. Bank strategiyasını yerinə yetirmək üzrə tam gücü ilə işləyir və biz bütün biznes seqmentlərimizdə artım görməkdən çox məmnunuq.”


Paylaşmaq