AccessBank “Ən Yaxşı İşçi Məmnuniyyəti Strategiyası” üzrə qalib seçildi.

27 aprel 2023

Bakıda insan resurslarının idarə edilməsi üzrə beynəlxalq tədbir – "Global HR SUMMIT 2023" keçirilib. BMT-nin Dayanıqlı İnkişaf məqsədlərindən olan “Layiqli Əmək və İqtisadi İnkişaf” (Decent Work & Economic Growth) devizi altında keçirilən sammitə 50 ölkədən 700-dən çox iştirakçı qatılıb.

Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə beynəlxalq jurinin dəyərləndirməsi əsasında 9 nominasiya üzrə şirkətlərin mükafatlandırılması mərasimi də baş tutub. AccessBank-ın İnsan Resursları departamenti “Ən Yaxşı İşçi Məmnuniyyəti (işçi bağlılığı) Strategiyası” üzrə qalib seçilib.


Paylaşmaq