AccessBank-dan gömrük, vergi, səhiyyə və təhsil işçiləri üçün 7%-dək endirimlə nağd kredit imkanı

9 Dekabr 2025
AccessBank maliyyə imkanlarını daha da əlçatan etmək məqsədilə gömrük, vergi, tibb və təhsil sahəsində çalışan şəxslər üçün yeni sərfəli nağd kredit təklifini təqdim edir. Bankın xüsusi kampaniyası çərçivəsində müştərilər 40 000 manatadək nağd krediti daha əlverişli şərtlərlə əldə edə biləcəklər.

Təklif çərçivəsində müştərilərə mövcud tariflərlə müqayisədə illik faiz dərəcəsində 7%-dək endirim təqdim olunur. Nağd kredit məhsulu üzrə illik faiz dərəcəsi minimum 10%, maksimum isə 17% təşkil edir.   Kreditin Faktiki illik faiz dərəcəsi (FİFD) 14,46%-dən başlayır və seçilən müddətə, komissiya və kredit məbləğinə uyğun olaraq dəyişə bilər. Komissiya: 1–4%, kredit müddəti isə 6 aydan 48 ayadək nəzərdə tutulur.

Müştərinin istəyinə uyğun olaraq faizsiz kredit kartı da təqdim olunur ki, bu da gündəlik ödənişlərin daha rahat və çevik şəkildə idarə edilməsinə imkan yaradır.

Kampaniya 19 noyabr 2025-ci ildən 30 dekabr 2025-ci ilədək etibarlıdır.

AccessBank müştərilərinin maliyyə planlamasını sadələşdirən, onların gündəlik ehtiyaclarına uyğun sərfəli və etibarlı həllər təqdim etməyə davam edir.
Paylaşmaq