AccessBank 2026-cı ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
14 İyul 2026
Ətraflı məlumat əldə etmək üçün: https://bit.ly/423QT61
2026-cı ilin 1-ci yarısının nəticələrinə görə, “AccessBank”ın xalis mənfəəti 34,4 faiz və ya 7,2 milyon manat artaraq 28,1 milyon manat təşkil edib. 2026-cı ilin 1-ci yarısı ərzində bankın məcmu kapitalı 2025-ci ilin sonu ilə müqayisədə 12 faiz və ya 28,2 milyon artaraq 262,6 milyon manata yüksəlib.
Artımın drayverləri kimi kredit portfelinin, xüsusən biznes kreditlərinin artımı, depozit portfelinin böyüməsi, habelə yeni beynəlxalq kreditlərin cəlb edilməsi qeyd oluna bilər. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə:
Kredit portfeli 12,8 faiz və ya 156,8 milyon manat artıb və hesabat dövrünün sonuna cəmi kredit portfeli 1 milyard 381,4 milyon manat təşkil edib.
Kredit portfelinin 75,4 faizi biznesə ayrılmış kreditlər təşkil edir və biznes portfelinin həcmi 1042,1 milyon manatdır. Bu göstərici bankın real sektorun maliyyələşdirilməsinə, biznes subyektlərinin inkişafına və sahibkarlığın maliyyə resurslarına çıxışının genişləndirilməsinə yönəlmiş strateji yanaşmasını əks etdirir.
Depozit portfeli 1,7 faiz və ya 17,7 milyon manat artıb və hesabat dövrün sonuna 1 milyard 084,6 milyon manat təşkil edib. Bu da bankın dayanıqlığının və müştəri etimadının sabit şəkildə güclənməsinin göstəricisidir.
- Eyni zamanda, “AccessBank” cari ilin 1-ci yarısında beynəlxalq nüfuzlu xarici kreditorlardan 47,3 milyon manat həcmində kredit cəlb edib. Bu da əhali və bizneslər üçün maliyyə əlçatanlığını təmin etməyə etibarlı zəmin yaradır.
- Bankın aktivləri 1,8 milyard manata çatır, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,4 faiz çoxdur.
- Faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4 faiz artaraq 141,3 milyon manata yüksəlib. Xalis faiz gəlirləri isə 10,9 milyon artaraq 84,9 milyon manat təşkil edib.
- Əlavə olaraq, hesabat dövrü ərzində qeyri-faiz gəlirləri 8,6 milyon manat olub.
- Xalis əməliyyat mənfəəti 2026-cı ilin 1-ci yarısında 41,3 milyon manata çatıb.
- Bankın likvidlik mövqeyi dayanıqlıdır və likvidlik əmsalı 82,2 faiz təşkil edir ki, bu da AMB-in tələb etdiyi minimum normadan 2,7 dəfə yüksəkdir.
Paylaşmaq