AccessBank-da yeni dalğa – AccessRadio artıq yayımda!
31 Avqust 2026
AccessRadio istifadəçilərə müxtəlif janrlarda seçilmiş musiqilərlə yanaşı, AccessTalks podkastının buraxılışlarını və AccessBank əməkdaşlarının iştirakı ilə hazırlanan audio verilişləri dinləmək imkanı yaradır. Platformada maliyyə, biznes, texnologiya və digər aktual mövzular üzrə faydalı və maraqlı məzmun təqdim olunur.
Yeni audio platformanın yaradılmasında məqsəd auditoriya ilə ünsiyyət üçün daha müasir və rahat format təqdim etmək, eyni zamanda faydalı məlumat və əyləncəni bir platformada birləşdirməkdir.
AccessRadio-ya qoşulmaq üçün AccessBank-ın rəsmi veb-saytına daxil olaraq radio bölməsinə keçid etmək kifayətdir: https://www.accessbank.az/radio/
AccessBank yeni layihə ilə ənənəvi bank xidmətlərindən kənarda da auditoriyası üçün faydalı və innovativ rəqəmsal təcrübələr yaratmağa davam edir.
Paylaşmaq