AccessBank Vətən uğrunda canından keçən qəhrəmanlarımızı ehtiramla yad edir

27 Sentyabr 2026
27 Sentyabr — Anım Günü ilə bağlı AccessBank Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını fəda edən şəhidlərimizin əziz xatirəsini ehtiramla anır.

Vətənimizin azadlığı və bütövlüyü naminə göstərilən misilsiz qəhrəmanlıq xalqımızın tarixində silinməz iz qoyub. Şəhidlərimizin fədakarlığı, Vətənə sədaqəti və bizə miras qoyduğu dəyərlər hər zaman minnətdarlıqla xatırlanacaq.

AccessBank kollektivi olaraq torpaqlarımızın azadlığı və ölkəmizin suverenliyi uğrunda canından keçən bütün qəhrəmanlarımızın xatirəsi qarşısında baş əyir, şəhid ailələrinə dərin hörmət və ehtiramımızı bildiririk.

Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
Paylaşmaq