AccessBank və Enabling Qapital Ltd ilə daha bir kredit müqaviləsi imzalayıb
AccessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauri: “Biz Enablig Qapital ilə əməkdaşlığımızı davam etdirməkdən çox məmnunuq. Bu artıq cari il ərizində ikinci kreditdir və AccessBank-a Azərbaycanda rəqabət qabiliyyətini və biznes mühitini daha da gücləndirmək üçün regionlara xüsusi diqqət yetirməklə Mikro və KOS (kiçik və orta sahibkarlar) bizneslərinin maliyyələşdirilməsini genişləndirməyə imkan verəcək. Mən bir daha “Enabling Qapital” şirkətinə əməkdaşlığa görə təşəkkür etmək istərdim və yaxın gələcəkdə əməkdaşlığımızın daha da güclənəcəyinə ümid edirəm”.
Enabling Qapital Ltd (EQ) investisiyaların maliyyə və sosial gəlir gətirdiyi aparıcı təsiredici investisiya məsləhət şirkətidir. EQ-in iqtisadi, sosial və ətraf mühitə müsbət təsir göstərmək missiyası EMF Microfinance və Spark+ Africa Fund daxilində təxminən 600 milyon ABŞ dolları məbləğində aktivlər üzrə məsləhətlər verir. Şirkətin İsveçrə, Lixtenşteyn, Lüksemburq və Keniyada qeydiyyatdan keçmiş ofisləri və Şərqi Avropa, Afrika, Asiya və Latın Amerikasını əhatə edən bir çox ölkədə 50-dən çox komanda üzvü var.