Kreditlər
Kreditlər
Depozitlər
Depozitlər
Kartlar
Kartlar
Onlayn xidmətlər
Onlayn xidmətlər
Digər xidmətlər
Digər xidmətlər
EN RU

“AccessBank” yay təcrübə proqramına start verir

29 iyul 2021
Azərbaycanda mikromaliyyələşdirmə lideri olan “AccessBank” tələbələr üçün yay təcrübə proqramını açıq elan edir. 2 ay davam edəcək təcrübə proqramında Bakı və bölgələri təmsil edən tələbələr, “AccessBank”ın komandası ilə birgə çalışaraq nəzəri biliklərlə yanaşı, həm də praktiki bacarıqlar əldə edəcəklər. Təcrübəçilər Bankın Bakı, Abşeron və bölgələrdə yerləşən filiallarında, həmçinin Maliyyə, Administrasiya, Pərakəndə bankçılıq, Risklərin idarə edilməsi, İnformasiya təhlükəsizliyi və Marketinq departamentlərində təcrübə keçəcəklər. “AccessBank”ın yay təcrübə proqramı ali təhsil müəssisələrinin 3 və 4.kurs tələbələri üçün nəzərdə tutulub. Ödənişsiz baş tutacaq təcrübə proqramına qatılmaq üçün namizədlər müsahibədən keçməlidirlər. Yay təcrübə proqramına qatılmaq üçün qeydiyyatdan keçmək kifayətdir. “AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Hazırda “AccessBank” tikinti, nəqliyyat, kənd təsərrüfatı, tibb kimi müxtəlif sahələrdə fəaliyyət göstərən müştərilərə xidmət göstərir. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir.
Paylaşmaq