AccessBank-dan mikro və aqro sahibkarlara “İndi al, 2 ay sonra ödə” kampaniyası

26 Dekabr 2023

Sizi yerli Avropa bankınız - AccessBank, sahibkarların biznes plan üzrə hədəflərinə çatmasına dəstək məqsədilə, növbəti il üçün güzəştli “İndi al, 2 ay sonra ödə” kampaniyasını təqdim edir.

Yeni kampaniyanın şərtlərinə uyğun olaraq, yeni kiçik biznes sahibləri, eləcə də, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar, krediti indi alıb, növbəti ilin iki ayı üzrə faiz ödənişlərindən azad olunurlar.

Kampaniya 20 dekabr 2023-cü il tarixindən 15 yanvar 2024-cü il tarixinədək qüvvədədir.

Kampaniya haqqında əlavə məlumat almaq üçün 151 əlaqə mərkəzinə zəng etmək və ya filiallara yaxınlaşmaq olar. Filiallar haqqında məlumat linkdə təqdim edilir: https://www.accessbank.az/ru/our-bank/service-networks/ . Qeyd olunan şərtlərlə kredit sifariş vermək üçün linkə keçid edin:  https://www.accessbank.az/az/requests/microloan
Paylaşmaq