AccessBank kredit faizlərini sıfırlayır

6 fevral 2024

Azərbaycanda sahibkarlıq fəaliyyətinin təşviqi, mikro, kiçik və orta biznesin (MKOB) dəstəyi sahəsində lider olan AccessBank, müştəri məmnuniyyəti səviyyəsinin yüksək səviyyədə qorunub saxlanılması tədbirləri çərçivəsində yeni, daha sərfəli istehlak krediti kampaniyasına start verir.

Yeni kampaniya çərçivəsində 22 yanvar 2024-cü il tarixindən 29 fevral 2024-cü il tarixi aralığında əldə edilən və müddəti 24-35 ay olan kreditlər üzrə son 3 ayın faizləri, müddəti 36-48 ayl olan kreditlərdə isə son 6 ayın faizləri sıfırlanır.   Kampaniya çərçivəsində minimum illik faiz dərəcəsi 15% müəyyən edilib. Möhtəşəm kampaniyadan yalnız rəsmi gəliri (əmək haqqı) olan müştərilər yararlana bilər.  

Kampaniya 22.01.2024-cü il tarixdən 29.02.2024-cü il tarixlərində qüvvədədir.

Faktiki illik faiz dərəcəsi (FİFD): min. 14,9%  - maks. 29.59%. Komissiya: 0-3%. Kredit müddəti: min. 24 ay - maks. 48 ay

Ətraflı məlumat əldə etmək üçün linkə keçid edin: https://bit.ly/accessbank-cashloan

Təklif edilən krediti bankın filiallarında rəsmiləşdirmək mümkündür. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar . Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə  (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
Paylaşmaq