AccessBank təhsil işçiləri üçün özəl endirim kampaniyasına start verdi

22 fevral 2024

Accessbank təhsil işçiləri üçün nəzərdə tutulan endirim kampaniyasını təqdim edir. Müəllimlərin əvəzsiz töhfələrini dəyərləndirmək, onların maliyyə məqsədlərinə daha əlçatan və rahat şəkildə nail olmaq arzularını dəstəkləmək üçün AccessBank xüsusi 5%-dək endirim kampaniyasına başladığını elan edir.

Kampaniya 15 fevraldan 30 aprel tarixinədək qüvvədədir.

AccessBank-ın təklif etdiyi kampaniyanın şərtlərinə uyğun olaraq, təhsil işçiləri 6 aydan 48 ayadək əldə etdikləri kreditlər üzrə 5%-dək endirim əldə edəcəklər. Kampaniya çərçivəsində minimum illik faiz dərəcəsi 10 faiz maksimum 19% müəyyən edilib.

Faktiki illik faiz dərəcəsi (FİFD): min. 13,45% - maks. 20.69%. Komissiya: 1-3%. Kredit müddəti: min. 6 ay - maks. 48 ay

Accessbank bütün təhsil işçilərini nağd kredit fürsətindən istifadə etməyə və onların xüsusi ehtiyaclarına uyğun fərdiləşdirilmiş maliyyə həllərindən yararlanmağa dəvət edir. Təhsil işçiləri üçün tətbiq edilən 5%-dək endirim kampaniyası vasitəsilə AccessBank, ölkəmizdə sərfəli maliyyə həllərinin tətbiqi siyasətinə sadiqliyini nümayiş etdirməyə davam edir.

Məhsulu sifariş etmək üçün linkə keçid edin:

Təklif edilən nağd krediti bankın filiallarında rəsmiləşdirmək mümkündür. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar . Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.

Paylaşmaq