Kreditlər
Depozitlər
Kartlar
Onlayn xidmətlər
Digər xidmətlər
AZ
EN RU

Riteyl Bankirlər Məktəbi fəaliyyətə başladı

22 dekabr 2021

AccessBank-da “Retail Bankers School” (Riteyl Bankirlər Məktəbi) layihəsinə start verildi. Bank, iş təcrübəsi olmayan və bankçılıq üzrə karyerasını qurmaq istəyən məzunları proqrama cəlb edib. Bakı və bölgələri təmsil edən 27 universitet məzunu 2 mərhələli seçim turlarının nəticəsində seçiliblər. Proqrama Azərbaycan Dövlət İqtisadiyyat Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Biznes Universiteti, Lənkəran Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Pamukkale Dövlət Universiteti, Yıldız Teknik Universiteti, Eskişehir Osmangazi Universitetinin məzunları seçilib. 3 ay davam edəcək layihənin bir hissəsi Baş ofisdə, qalan müddəti isə Bankın müxtəlif filiallarında baş tutacaq. Layihə çərçivəsində keçiriləcək təlimlərdə iştirakçılar bank məhsulları, bank işinin hüquqi aspektləri, müştəri xidmətləri, əməliyyat riskləri, çirkli pulların yuyulmasına qarşı mübarizə kimi mövzularla yaxından tanış olacaqlar. Təcrübə müddətində fərqlənən iştirakçılar layihə sonunda AccessBank komandasının rəsmi üzvü olmaq şansı qazanacaqlar.

Layihənin məqsədi gəncləri bankçılığa cəlb etmək, gələcəyin liderlərini yetişdirmək və onları işlə təmin etməkdir.

Qeyd edək ki, AccessBank təcrübəsiz gənclərə iş şansı vermək ənənəsinə sadiqdir. Hazırda Bankda fəaliyyət göstərən əksər əməkdaşlar Banka heç bir iş təcrübələri olmadan, universitetdən məzun olaraq qatılıblar.

Paylaşmaq