AccessBank və Neurotime-dan media üçün innovativ təlim: "Süni İntellekt və Yeni Nəsil Jurnalistikası"
2 İyun 2026
Təlimin əsas məqsədi sürətlə transformasiya olunan media mühitində süni intellekt texnologiyalarının yaratdığı imkanlar, faktların yoxlanılması (fact-checking) metodları, eləcə də bu texnologiyaların jurnalistikada etik və məsuliyyətli tətbiqi ilə bağlı iştirakçıların bilik və bacarıqlarını inkişaf etdirməkdir.
Sessiyalar zamanı süni intellektin korporativ kommunikasiya sahəsində tətbiqi imkanlarından bəhs olunub. İnteraktiv və praktiki formatda keçirilən təlim çərçivəsində iştirakçılar real nümunələr üzərində işləyərək böhran vəziyyətlərində rəsmi mənbələrlə işləmə, məlumatların etibarlılığını yoxlama və informasiyanın düzgün interpretasiyası üzrə praktiki tapşırıqlar yerinə yetiriblər. Təlim çərçivəsində ChatGPT, Gemini, Claude və Perplexity kimi müasir süni intellekt alətlərinin peşəkar istifadə prinsipləri nümayiş etdirilib, effektiv sorğuların hazırlanması (prompt engineering) metodları barədə iştirakçılara ətraflı məlumat verilib.
Tədbirin sonunda iştirakçılar arasında interaktiv bilik yarışı (quiz) təşkil olunub. Təlim proqramını uğurla başa vuran bütün media nümayəndələrinə sertifikatlar təqdim edilib.
Süni intellekt jurnalistin fəaliyyətini dəstəkləyən effektiv alət olsa da, məlumatın dəqiqliyinin yoxlanılması, kontekstin düzgün təqdim edilməsi və ictimai məsuliyyət prinsiplərinin qorunması baxımından jurnalistin rolu əvəzolunmaz olaraq qalır. Bu çərçivədə “AI köməkçidir, müəllif deyil” yanaşmasının əhəmiyyəti xüsusi qeyd edilib.
Paylaşmaq