AccessBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası həyata keçirdi

29 İyun 2026
AccessBank korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Xəzər sahilində ekoloji təmizlik aksiyası təşkil edib. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilən təşəbbüs ətraf mühitin qorunmasına və ekoloji məsuliyyətin təşviqinə yönəlib.

Aksiya çərçivəsində AccessBank əməkdaşları sahilboyu ərazidə tullantıların toplanması işlərində iştirak edərək ərazinin daha təmiz və istirahət üçün əlverişli vəziyyətə gətirilməsinə töhfə veriblər. Təşəbbüs həm ətraf mühitin mühafizəsinə dəstək olmaq, həm də cəmiyyətdə ekoloji dəyərlərin təşviqinə diqqət çəkmək məqsədi daşıyıb.

Əməkdaşların fəal iştirakı ilə həyata keçirilən aksiya komanda ruhunun möhkəmləndirilməsi, eyni zamanda təbiətə və ətraf mühitə həssas münasibətin təşviqi baxımından da əhəmiyyətli olub.

AccessBank korporativ sosial məsuliyyət fəaliyyətləri çərçivəsində ətraf mühitin qorunmasına, davamlı inkişafın dəstəklənməsinə və daha yaşıl gələcəyin formalaşdırılmasına yönəlmiş təşəbbüsləri bundan sonra da davam etdirəcək.
Paylaşmaq